Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/18/2026

Paylaşın

GÜNDƏM

Millət vəkili Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

WhatsApp Image 2026-07-18 at 13.27.00 (2)

17 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahını ziyarət edərək təşkilatın prezidenti, professor Aktotı Raimkulova ilə görüşüb.
Baki-baku.az xəbər verir ki, ziyarət çərçivəsində millət vəkili təşkilatın mənzil-qərargahı və Fond tərəfindən nəşr olunan layihələr, həmçinin Türk dünyasının zəngin mədəni irsinin təbliği istiqamətində görülen işlərlə yaxından tanış olub.
Görüşdə sentyabr ayında keçirilməsi nəzərdə tutulan Bakı İqlim Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun iştirakı məsələlərinə toxunulub.
Nigar Arpadarai ilk dəfə olaraq tədbirin proqramında mədəni irs və ekologiya mövzularının bir araya gətirilməsini təqdirəlayiq təşəbbüs kimi qiymətləndirərək, bu yanaşmanın iqlim gündəliyinə mədəni irs aspektindən yeni baxış təqdim etdiyini bildirib.
Tərəflər həmçinin Fondun son dövrlərdə həyata keçirdiyi disiplinlərarası təşəbbüslər barədə geniş fikir mübadiləsi aparıblar. Söhbət zamanı mədəni irsin ətraf mühitin qorunması, şəhərsalma və davamlı inkişaf kimi sahələrlə əlaqələndirilməsinin müasir dövrün çağırışlarına cavab verən mühüm istiqamətlərdən biri olduğu vurğulanıb və bu xüsusda Fondun fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və gələcək əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi ilə yekunlaşıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kler Brosnanı

Ən son

GÜNDƏM

Vaqif Poeziya Günlərində Türk dünyasından gələn qonaqların iştirakı tədbirin beynəlxalq miqyasını daha da genişləndirir və

GÜNDƏM

Vaqif Poeziya Günlərində Türk dünyasından gələn qonaqların iştirakı tədbirin beynəlxalq miqyasını daha da genişləndirir və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin