Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/05/2025

Paylaşın

GÜNDƏM

Mikayıl Müşfiqin doğum günüdür

Mikayıl Müşfiqin doğum günüdür, Mikayıl Müşfiq

İyunun 5-i tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür.

Baki-baku.az xatırladır ki, Mikayıl Əbdülqadir oğlu İsmayılzadə – Mikayıl Müşfiq 1908-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından olub. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olub, şeirlər yazıb. Uşaq olan zaman valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyüb.

İbtidai təhsilini rus-tatar məktəbində alan şair Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.

Azərbaycan Dövlət Darülfünunun (universitetinin) Dil və ədəbiyyat fakültəsini bitirib və əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Son iş yeri Bakı şəhər 18 saylı orta məktəb olub. Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeiri ilə başlayıb və bədii tərcümə ilə də ciddi məşğul olub.

Şair 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub.

Mikayıl Müşfiq repressiya dövründə, 1938-ci il yanvarın 6-da güllələnib.

1968-ci ildə Bakıda Dilbər Axundzadənin “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub.

Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

2018-ci ildə Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə sərəncam imzalayıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qacarlar İmperiyasının tərəqqisi, ayaqda qalması üçün islahat proqramları tərtib edən, gənclərin Avropaya təhsil almağa göndərilməsi haqqında Fərman imzalayan

Ən son

GÜNDƏM

Baki-baku.az bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA)

GÜNDƏM

Baki-baku.az bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA)
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin