Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/28/2026

Paylaşın

Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

Anar, Adil Kərimli, Azərbaycan Yazıçılar Birliyi

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarla görüşüb.

Baki-baku.az xəbər verir ki, görüşdə ölkədə ədəbi prosesin inkişafı, müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi, kitabxana işinin təkmilləşdirilməsi, mütaliə mədəniyyətinin təşviqi, gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı həmçinin dövlət sifarişli filmlər üçün ədəbi əsərlərin seçilməsi, ssenarilərin yazılması, Azərbaycan ədəbiyyatının təbliği, görkəmli ədiblərin həyat və yaradıcılığına həsr olunan filmlərin çəkilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər dövlət və ictimai institutlar arasında əməkdaşlığın gücləndirilməsinin milli ədəbiyyatın inkişafına və cəmiyyətin mədəni həyatının zənginləşməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dilbər Axundzadə: “Müşfiq göz yaşı tökərək məni “Xırda burjua şairi” adlandıraraq “Xalq düşməni” elan edir, haqsız yerə üstümə

Ən son

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi "Instagram" hesabında "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib.

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi "Instagram" hesabında "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin