Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/08/2026

Paylaşın

İdman

“Mançester Yunayted” – “Sabah” matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Azərbaycan təmsilçilərinin İngiltərə klublarına qarşı 12-ci dueli olacaq.
Baki-baku.az-ın məlumatına görə, əvvəlki 11 matçın hamısında “Qarabağ” iştirak edib.
10 görüşdə rəqiblərinə uduzan “köhlən atlar” yalnız bir dəfə heç-heçəyə nail olub.
İlk qarşılaşma 2015-ci ildə gerçəkləşib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv UEFA Avropa Liqasının qrup mərhələsində “Tottenhem”ə rəqib olub. London təmsilçisi hər iki görüşdə qalib gəlib – 3:1, 1:0.
“Qarabağ” ardınca UEFA Çempionlar Liqasının qrup mərhələsində bu ölkənin “Çelsi” komandası ilə üz-üzə gəlib. İngiltərədə 6 cavabsız qola üzülən ağdamlılar Bakıda 0:4 hesabı ilə uduzub.
“Köhlən atlar” 2018-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində “Arsenal”la qarşılaşıb. Azərbaycan çempionu bu dəfə də hər iki qarşılaşmadan məğlub ayrılıb – 0:3, 0:1.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2024-cü ildə UEFA Avropa Liqasının Liqa mərhələsində “Tottenhem”lə səfərdə münasibətlərə aydınlıq gətirib. Londonlular 3:0 hesablı qələbəyə seviniblər.
Azərbaycan təmsilçisi ötən ilin noyabrında Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Çelsi” ilə heç-heçə edib – 2:2. Ardınca İngiltərədə “Liverpul”a 6 cavabsız qolla yenilən komanda Liqa mərhələsindən pley-offa vəsiqə qazanıb və burada da İngiltərə klubu ilə üz-üzə gəlib.
Bakıda “Nyukasl”a 1:6 hesabı ilə uduzan “Qarabağ” İngiltərədə də məğlubiyyətdən qaça bilməyib – 2:3.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin