Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/18/2026

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

WhatsApp Image 2026-07-18 at 13.03.46

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə Etnoqrafiya Muzeyində “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib.

Baki-baku.az xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII–XX əsrlərə aid nadir tarixi xalçalar, eləcə də ənənəvi tekstil nümunələri, milli geyimlər, zərgərlik məmulatları, xalça eskizləri və müasir incəsənət əsərləri nümayiş etdirilir.

İyunun 25-dən açılan ekspozisiyada ziyarətçilər Qarabağ, Şirvan, Bakı və digər tarixi bölgələrin incə nəbati və həndəsi ornamentləri, həmçinin yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilən özünəməxsus xalçaçılıq ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Sərgidə Xalq rəssamları Lətif Kərimov və Eldar Mikayılzadənin əsərləri və xalça eskizləri, həmçinin rəssam CHINGIZ-in müasir bədii axtarışlarını əks etdirən işləri, multidissiplinar rəssam Mədinə Qasımovanın material, yaddaş və vizual strukturun kəsişməsində formalaşan yaradıcılığı təqdim olunub.

Sərginin əsas konseptual xətti ənənəvi ornamental dilin müasir bədii ifadə formasına transformasiyasıdır. Burada tarixi xalçalar müasir incəsənət nümunələri ilə birlikdə təqdim olunaraq Azərbaycan tekstil ənənələrinin zamanlararası aktuallığını, estetik gücünü və mədəni əhəmiyyətini ön plana çıxarır.

Azərbaycanın ən mühüm bədii irs nümunələrindən olan xalçaçılıq sənətini əks etdirən nadir eksponatların nümayişi ziyarətçilərdə bu zəngin mədəni irs haqqında dolğun və yaddaqalan təəssürat yaradır.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, Macarıstan Etnoqrafiya Muzeyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi iyulun 26-dək davam edəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kler Brosnanı

Ən son

GÜNDƏM

Vaqif Poeziya Günlərində Türk dünyasından gələn qonaqların iştirakı tədbirin beynəlxalq miqyasını daha da genişləndirir və

GÜNDƏM

Vaqif Poeziya Günlərində Türk dünyasından gələn qonaqların iştirakı tədbirin beynəlxalq miqyasını daha da genişləndirir və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin