Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/23/2026

Paylaşın

GÜNDƏM

“Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə

“Kökümüzə Qayıdış”

“Kökümüzə Qayıdış” layihəsi çərçivəsində şəhid qızlarının iştirakı ilə Zəfər yürüşü keçirilib. Milli geyimdə, at üstündə gerçəkləşən yürüş Azərbaycan qadınının qürurlu, cəsarətli və köklərinə bağlı obrazını nümayiş etdirib.

Baki-baku.az xəbər verir ki, yürüşdə şəhid general Polad Həşimovun, şəhid mayor Asiman Əliyevin, şəhid baş gizir Camal İsmayılovun, şəhid polkovnik- leytenant Əkrəm Şadmanovun, şəhid kapitan Nəcəf Şikarovun və şəhid baş gizir Oktay Bədəlovun qızları ilə yanaşı, dövlət qurumları, mediya nümayəndələri və ictimai fəal xanımlar iştirak ediblər.

Layihənin əsas məqsədi şəhid qızlarına mənəvi dəstək olmaq, onların yanında olduğumuzu hiss etdirmək, milli irsimizi, adət-ənənələrimizi və Azərbaycan xanımının tarixi obrazını yaşatmaqdır. Milli geyimdə at üstündə canlandırılan Azərbaycan qadını obrazı yürüşün əsas ideyasını özündə əks etdirib.

Layihənin rəhbəri, xalq qəhrəmanları Qaçaq Nəbi və Həcər xanımın kötücəsi Həcər Əkbərova bildirib ki, bu təşəbbüs şəhid qızlarına sevgi, diqqət və mənəvi güc verməklə yanaşı, milli kimliyimizə və köklərimizə bağlılığı ifadə edir.

“Kökümüzə Qayıdış” yalnız bir yürüş deyil, tariximizə, milli dəyərlərimizə və Azərbaycan qadınının qəhrəmanlıq ənənəsinə qayıdışın ifadəsidir. Bu təşəbbüs şəhidlərimizin bizə əmanət etdiyi dəyərlərin birlik, sevgi və yaşadılan ənənələrlə gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İçərişəhərin Kiçik Qala küçəsində yerləşən Ağa Mikayıl hamamı da belə ünvanlardandır.

Ən son

GÜNDƏM

Bakı 2030-cu ildə Ümumdünya Tekstil Konqresinə ev sahibliyi edəcək.

GÜNDƏM

Bakı 2030-cu ildə Ümumdünya Tekstil Konqresinə ev sahibliyi edəcək.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin