Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/30/2026

Paylaşın

GÜNDƏM

Kino Günü ilə bağlı silsilə tədbirlər keçiriləcək

WhatsApp Image 2026-07-30 at 09.30.03

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyi (ARKA) tərəfindən Azərbaycan Kinosu Günü münasibətilə “Ulduzların işığında” ümumi adı altında Bakıda və digər şəhərlərdə milli kinomuza həsr olunmuş müxtəlif formatlı silsilə tədbirlər baş tutacaq.
Bakı-baku.az xəbər verir ki, iyulun 31-də Nizami Kino Mərkəzində Kino Günü münasibətilə təşkil olunacaq xüsusi tədbirdə milli kino sənayemizin il ərzində məhsuldar faliyyət göstərmiş təmsilçiləri mükafatlandırılacaq və yeni istehsal edilmiş ekran əsərləri izləyicilərə təqdim olunacaq.
Avqustun 1-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında kino axşamı keçiriləcək. ARKA və “Azərbaycanfilm” Kinostudiyasının birgə təşkil etdiyi tədbir çərçivəsində qonaqlar üçün kinostudiya ərazisində ekskursiya təşkil olunacaq, real çəkiliş prosesini izləmək imkanı yaradılacaq, DJ performansının müşayiəti ilə mural təqdimatından ibarət vizual proqram təqdim olunacaq. Bununla yanaşı, “Bəyin oğurlanması” və “Gün keçdi” filmlərinin açıq havada nümayişi keçiriləcək.
Eyni zamanda, regionlarda və Bakının müxtəlif yerlərində həm qapalı, həm açıq məkanlarda – kinoteatrlarda, mədəniyyət mərkəzlərində, parklarda həm yeni, həm də klassik filmlərimizin kinosevərlər üçün nümayişi keçiriləcək.
Azərbaycan Kinosu Günü münasibətilə həmçinin televiziya kanalları və yerli striminq platformalarında milli filmlərimizin təbliği həftəsinin keçirilməsi planlaşdırılıb. Avqustun 1-dən 7-dək “KinoBox” platformasında klassik Azərbaycan kinosunun unudulmaz ekran əsərlərini ödənişsiz izləmək mümkün olacaq.
Beləliklə, bütün tədbirlər əsl kino bayramı ab-havasını bəxş edəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli dövlətçilik tariximizdə mühüm yer tutan eramızdan əvvəl IV əsrdən VII əsrdək mövcud olan, V əsrdən əlifbasını, yazı

Ən son

Mədəniyyət

Macarıstanın "Turan" Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə 14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX

Mədəniyyət

Macarıstanın "Turan" Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə 14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin