Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/21/2026

Paylaşın

HƏR ŞEYDƏN

Keçmişin mahnıları – bu günün hit musiqiləri: unudulmuş melodiyaların yeni həyatı

Bəzən köhnə bir mahnının cəmi bir neçə saniyəsini eşitmək kifayətdir ki, insan birdən-birə məktəb həyətini, isti yay axşamını, ilk sevgisini və ya uzun müddətdir əlaqəsini itirdiyi birini xatırlasın. Musiqi fotoşəkillərin, hətta sözlərin belə edə bilmədiyini bacarır: bizi bir anda keçmişə qaytarır. Bəs 20, 30, hətta 50 il əvvəl yaranmış mahnılar niyə illər sonra yenidən populyarlıq qazanır?
Bu gün köhnə mahnılar sosial şəbəkələrdə yenidən trendə çevrilir, reklamlarda, filmlərdə və seriallarda səslənir, gənclər isə onları öz musiqi siyahılarına daxil edirlər. Burada maraqlı bir məqam var: bu mahnıların ilk dəfə hitə çevrildiyi dövrdə onların bugünkü dinləyicilərinin bir çoxu hələ dünyaya gəlməmişdi.
Bunun əsas səbəblərindən biri nostalji hissidir. İnsan tanış melodiyanı eşidəndə beyni onu şəxsi xatirələrlə əlaqələndirir. Buna görə də mahnı bizə yalnız keçmişi deyil, həmin dövrdə keçirdiyimiz hissləri də xatırlada bilər. Bəzən bir neçə musiqi notu insanın özünü yenidən uşaq kimi hiss etməsi və ya çoxdan unutduğu bir günü xatırlaması üçün kifayət edir.
Köhnə musiqini fəal şəkildə kəşf edənlər arasında gənclər də var. Bu, heç də həmişə onların valideynlərinin dinlədiyi dövrün mahnıları olmur. Sosial şəbəkələrdə onilliklər əvvəl yazılmış bir mahnının qısa fraqmenti qəfil populyarlıq qazana bilər. İstifadəçi həmin parçanı videoda eşidir, ifaçının kim olduğunu araşdırmağa başlayır və bununla da həmin dövrün musiqi dünyasına daxil olur. Alqoritmlər də bu prosesdə mühüm rol oynayır. Müəyyən janrda bir neçə mahnıya qulaq asmaq kifayətdir ki, musiqi platforması oxşar kompozisiyaları təklif etməyə başlasın. Nəticədə, müasir dinləyici özündən onilliklər əvvəl yaranmış bir hitə təsadüfən rast gələ bilər.
Bunun başqa bir səbəbi də var. Köhnə mahnıları çox vaxt ilk saniyələrdən tanımaq olur. Onların yaddaqalan melodiyası, anlaşıqlı sözləri və özünəməxsus xarakteri var. Musiqi dünyasının sürətlə dəyişdiyi bir dövrdə bu xüsusiyyətlər xüsusilə dəyərlidir. İnsanlar sadəcə fon musiqisinə qulaq asmaq deyil, tarixçəsi olan bir mahnını hiss etmək istəyirlər.
Üstəlik, keçmiş daim dəbə qayıdır. Retro üslub geyimdə, kinoda, dizaynda və musiqidə yenidən özünü göstərir. Köhnə kompozisiyalar yeni aranjimanlarla səslənir, remikslər üçün əsas olur və müasir ifaçıların repertuarına daxil edilir. Bundan sonra dinləyicilər həmin mahnıların orijinal versiyalarını axtarmağa başlayırlar.
Bəzi mahnılar unudulmur, sadəcə yenidən səslənəcəkləri dövrü gözləyirlər. Vaxtilə kaset və vinil plastinkalarda səslənən mahnılar bu gün yeni nəsil dinləyicilərin smartfonlarında yenidən həyat qazanır. Köhnə hitlərin əsas sirri də məhz ondadır ki, yaxşı melodiya yalnız ifaçısından deyil, bir neçə nəsil dinləyicidən də uzun ömürlü ola bilər.


Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.

Ən son

İdman

"Şəfa" klubu kanadalı vinger Treyvon Fulleri heyətinə qatıb.

İdman

"Şəfa" klubu kanadalı vinger Treyvon Fulleri heyətinə qatıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin