Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/08/2026

Paylaşın

İdman

İspaniyanın “Vilyarreal” klubu Bakıda futbol düşərgəsi təşkil edir

İspaniyanın “Vilyarreal” komandasının nümayəndələri Bakıda “Vilyarreal CF Camp Baku” adlı layihəsini təqdim edəcək.
AFFA-dan Baki-baku.az-a verilən məlumata görə, bu təşəbbüs AFFA və Bakı Futbol Federasiyası tərəfindən müsbət qarşılanıb, həmçinin layihəyə dəstək göstərilməsi barədə razılıq əldə olunub və onlar üçün Bayıl stadionunda bütün şərait yaradılıb.
Layihədə U-8–U-18 yaş kateqoriyaları üzrə 40-45 futbolçunun iştirakı nəzərdə tutulur.
Əldə olunmuş razılığa görə, Bakı Futbol Federasiyasının tövsiyəsi ilə “Sabahın Ulduzları” yarışlarında iştirak edən U-15 çempionatından ölkəmizdə keçiriləcək dünya çempionatı və Festivalına namizəd 10 istedadlı gənc futbolçunun “Vilyarreal CF Camp Baku” layihəsində tam ödənişsiz iştirakı təmin ediləcək.
Layihənin sonunda 40-45 futbolçu arasından seçiləcək ən yaxşı futbolçu “Vilyarreal” tərəfindən təşkil olunacaq beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaq. Seçilmiş futbolçunun səfər və iştirakla bağlı bütün xərcləri təşkilatçılar və İspaniya təmsilçisi tərəfindən qarşılanacaq.
Layihə çərçivəsində avqustun 9-da yerli məşqçilər üçün ödənişsiz seminar təşkil olunacaq. Seminarda “Vilyarreal” Akademiyasının məşq metodologiyası, oyunçu inkişaf modeli və akademiya sistemi təqdim ediləcək.
Həmçinin, UEFA Pro lisenziyalı məşqçi Jordi Qratakos tərəfindən İspaniya futbol sistemi, müasir futbol fəlsəfəsi və oyunçu inkişafı istiqamətində beynəlxalq təcrübələr haqqında məlumat veriləcək.
Qeyd edək ki, “Vilyarreal” nümayəndələrinin Bayıl stadionunda görüşü keçirilib. Daha sonra seçim məşqlərinə start verilib və qonaqlar “Sabahın Ulduzları” layihəsi çərçivəsində keçirilən “Zirə” – “Vətən” oyununu izləyiblər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

Ən son

GÜNDƏM

Bakının Neapol dairəsi yaxınlığında, Neapol küçəsində aparılan asfaltlama işləri sürücülərin diqqətini çəkib.

GÜNDƏM

Bakının Neapol dairəsi yaxınlığında, Neapol küçəsində aparılan asfaltlama işləri sürücülərin diqqətini çəkib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin