Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/18/2026

Paylaşın

GÜNDƏM

İlqar Fəhmi: “Vaqif Poeziya Günləri ölkədə baş verən əsas ədəbi hadisələrin mərkəzinə çevrilib”

1001883478

Vaqif Poeziya Günləri Azərbaycanda il ərzində baş verən ən mühüm ədəbi hadisələri öz ətrafında birləşdirən əhəmiyyətli mədəni platformaya çevrilib.

Bu fikirləri Baki-baku.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi səsləndirib.

O bildirib ki, il ərzində ölkədə qeyd olunan əlamətdar yubileylər və ədəbi hadisələrin əksəriyyəti Vaqif Poeziya Günləri çərçivəsində də öz əksini tapır.

“Vaqif Poeziya Günləri ölkədə baş verən bütün ədəbiyyat hadisələrinin bir növ mərkəzinə çevrilir. Bir sıra əlamətdar yubiley və ədəbi hadisələr bu poeziya bayramı çərçivəsində də qeyd olunur”, – deyə İlqar Fəhmi vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi qeyd edib ki, builki proqram da zəngin və rəngarəng tədbirlərlə yadda qalır.

İlqar Fəhmi diqqətə çatdırıb ki, Vaqif Poeziya Günləri çərçivəsində Mehmandarovların Ev Muzeyində dahi Azərbaycan şairi Xaqani Şirvaniyə həsr olunmuş konfrans keçirilib.

O bildirib ki, tədbirin maraqlı cəhətlərindən biri onun ənənəvi rəsmi konfrans formatından fərqli olaraq, bərpa edilmiş tarixi muzeydə daha sərbəst və yaradıcı atmosferdə təşkil olunması olub.

İlqar Fəhmi əlavə edib ki, Həsən bəy Zərdabinin xatirəsinə, Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının yubileyinə, eləcə də Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş tədbirlər də builki Vaqif Poeziya Günlərinə xüsusi rəng qatır və proqramı daha maraqlı edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov Vaqif Poeziya Günləri

Ən son

GÜNDƏM

Baki-baku.az-ın məlumatına görə, hadisə ilə bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal əraziyə cəlb

GÜNDƏM

Baki-baku.az-ın məlumatına görə, hadisə ilə bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal əraziyə cəlb
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin