Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/09/2026

Paylaşın

TARİX

İkinci Dünya müharibəsi – Xeyrin Şər üzərində qələbəsi

İkinci Dünya müharibəsi, Вторая мировая война

Bakı qəhrəman şəhər olmasa da almanların onun üzərinə təşkil etdiyi hava hücumları nəticəsində şəhərə böyük zərbələr dəymişdi

Bu gün “Ana vətən çağırır!”, “Heç kəs unudulmur, heç nə yaddan çıxmır!” nidası ilə tarix yaradan qəhrəmanların yad olunduğu möhtəşəm bir hadisənin – II Dünya Müharibəsində qazanılan Böyük Qələbənin 81-ci il dönümünü qeyd edirik. Altı yüz mindən çox insanı, üç yüz mindən çox şəhidi, qara qızılı, ön və arxa cəbhədə fədakarlığı ilə imtahandan keçən Azərbaycan vətənə sədaqətin imtahanından çıxdı. Böyük Vətən müharibəsi tariximizin ən mühüm dönəmlərindən biridir və hər birimizin yaddaşında silinməz izlər buraxmışdır. II Dünya Müharibəsi insanlıq tarixinin ən qorxulu, ən dağıdıcı dövrü oldu. On milyonlarla insanın həyatını itirməsi, şəhərlərin və ölkələrin viran qalması, minlərlə ailənin məhv olması və bəşəriyyətin dərin yara almasına səbəb oldu.

Bu böyük Qələbə yalnız bir ölkənin deyil, bütün antifaşist birliyinin uğuru idi. Sovet İttifaqı, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Çin, Polşa və digər müttəfiq dövlətlər faşizmə qarşı mübarizədə bir araya gələrək insanlıq üçün qaranlıq olan bir dövrə son qoydular. Bu təkcə hərbi sahədə qazanılan qələbə deyil, həm də insanlığın azadlıq və bərabərlik uğrunda apardığı mübarizənin zəfəri idi. Azərbaycan xalqı da bu böyük qələbəyə öz töhfəsini verib. Müsəlman şərqinin ən böyük hərbi qüvvələrindən birini təşkil edən Azərbaycanlı döyüşçülər beş məşhur milli diviziyada birləşdilər. Həm Sovet ordusunda, həm də digər müttəfiq ölkələrin ordularında qəhrəmanlıqlar göstərərək müharibənin gedişatında mühüm rol oynayıblar. Bu torpağın övladları döyüş meydanlarında canlarını fəda etmiş, əsl qəhrəmanlıq örnəyi göstərmişdir. 81 il sonra biz bu qələbəni yalnız müharibənin sona çatması kimi deyil, həm də onun gətirdiyi dəyərlər və prinsiplərin qorunması baxımından qiymətləndiririk. Bütün insanlıq üçün bərabərlik, azadlıq və ədalət dəyərlərinin qorunması bu qələbənin ən böyük irsidir. II Dünya Müharibə qəhrəmanlarının əziz xatirələrini yad edərək onların bizim üçün qoyduğu mirası dəyərləndirməliyik.

İkinci Dünya müharibəsi

Almanların Bakı istiqamətində irəliləməsi məğlubiyyətlə nəticələndi

Müharibənin acı təcrübəsi göstərir ki, biz hər zaman sülhü, həmrəyliyi və azadlığı müdafiə etməliyik. Hər birimizə məlumdur ki, Bakı müharibə zamanı çox önəmli bir yer tuturdu, çünki Sovet İttifaqının neft ehtiyatlarının böyük hissəsi burada yerləşirdi. Almanlar bu mühüm təbii sərvətə nəzarət etmək və Sovet İttifaqının hərbi imkanlarını zəiflətmək istəyirdilər. Buna görə də Bakıya mütəmadi olaraq hava hücumları təşkil edirdilər. Alman qüvvələri 1942-ci ildə Krım və Qafqazı ələ keçirdikdən sonra Bakı neft sahələrinə hücum etməyə başladılar. Onlar Bakı istiqamətində irəliləyərək Sovet İttifaqının neft ehtiyatlarını ələ keçirməyi planlaşdırırdılar. 1942-ci ilin avqustunda Almanların Bakı istiqamətində irəliləməsi məğlubiyyətlə nəticələndi. Çünki Sovet qoşunları onları Qafqazda dayandırmış və geri çəkilməyə məcbur etmişdi. Almanlar Bakı üzərinə təşkil etdiyi hava hücumları nəticəsində şəhərə böyük zərərlər dəymişdi. Həmçinin Bakı limanı neft emalı zavodları və digər strateji obyektlər Almaniyanın bombardmanlarına məruz qalaraq dağılmışdı. Bu hücumlara görə Bakı şəhərində yerləşən sənaye müəssisələrinin və istehsal sahələrinin qorunması məqsədilə əhalinin böyük bir hissəsi müharibə zamanı səfərbər edilmişdi. Müharibənin başlanması ilə xüsusilə 1941-ci ildən sonra Azərbaycanın müxtəlif bölgələrindən və digər Sovet respublikalarından çox sayda insan Bakıya köç etmişdi. Bu həm təhlükəsizlik məqsədilə, həm də müharibənin gətirdiyi iqtisadi və sosial çətinliklərdən qaçmaq üçün baş vermişdi.

Bakıda əhalinin sayı əhəmiyyətli dərəcədə artmış, bu da şəhərin sosial və infrastruktur vəziyyətini çətinləşdirmişdi. Buna baxmayaraq Bakıda əhalinin əzmkarlığı ilə bu müəssisələr müharibə dövründə fəaliyyət göstərməyə davam etmiş və Sovet İttifaqının müharibə ehtiyacları üçün vacib olan materiallar təmin edilmişdir.

İkinci Dünya müharibəsi

Bu zəfər yalnız bir millətin yox bütün dünyanının gələcəyini müəyyən etdi

Azərbaycanlı qəhrəmanların göstərdikləri fədakarlıq və döyüş bacarığı yalnız Sovet İttifaqı üçün deyil, bütün dünya xalqları üçün bir nümunə oldu. Bu zəfər yalnız bir millətin yox bütün dünyanının gələcəyini müəyyən etdi. Bu zəfəri əldə etmək üçün canlarını fəda edənlərin xatirəsini anmaq, həyatlarını və göstərdikləri şücaəti xatırlamaq bizə müstəqil və azad vətənimizin əhəmiyyətini bir daha xatırladır. 1987-ci il sentyabrın 21-də Respublika Veteranlar Təşkilatının təsis olunması müharibə veteranlarının sosial və hüquqi məsələlərinin həllinə yönələn mühüm bir addım idi. Bu təşkilat veteranların ehtiyaclarını qarşılamaq, onların sosial müdafiəsini təmin etmək və dövlət səviyyəsində onlara olan diqqəti artırmaq məqsədini daşıyırdı. Təşkilatın yaradılması ilə müharibə veteranları cəmiyyətdə daha yüksək təmsilçilik əldə etmiş, onların hüquqları və sosial vəziyyəti ilə bağlı daha çox məsələ gündəmə gəlmişdir. Lakin 1980-ci illərin sonları və 1990-cı illərin əvvəlləri həm Azərbaycan, həm də SSRİ üçün böyük siyasi və sosial dəyişikliklərin yaşandığı bir dövr idi. Bu dövr həm də Azərbaycanda müstəqillik hərəkatının, Dağlıq Qarabağ münaqişəsinin və daxili gərginliklərin artması ilə müşayiət olunurdu. Sovet İttifaqının çökməsi və Azərbaycanın müstəqillik qazandığı dövr həm ölkə daxilində, həm də veteranlar hərəkatı üçün çətinliklərlə müşayiət olunurdu.

“Veteranlar haqqında” qanun  Böyük Vətən Müharibəsi veteranlarının  hüquqlarının bərpası istiqamətində mühüm addım oldu

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişu ilə Azərbaycanda bir çox sahələrdə olduğu kimi veteranlar hərəkatı və veteranların sosial vəziyyəti ilə bağlı da ciddi islahatlar həyata keçirilmişdir. Veteranların hüquqlarının qorunması və onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədilə mühüm hüquqi addımlar atılmışdır. 1994-cü il iyunun 28-də “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Bu qanun müharibə veteranlarının xüsusilə Böyük Vətən Müharibəsi veteranlarının hüquqlarının bərpası, onların sosial təminatlarının yaxşılaşdırılması və dövlət tərəfindən onlara göstərilən qayğının rəsmi və qanunvericilik səviyyəsinə gətirilməsi üçün çox əhəmiyyətli olmuşdur. Ulu Öndər 9 May – Qələbə Günü kimi önəmli tarixlərin qeyd edilməsini müntəzəm olaraq vurğulamış, veteranları bu bayramlarda təntənəli şəkildə qəbul etmişdir. Bu islahatlar sayəsində veteranlar cəmiyyətdə daha yüksək bir statusa sahib olmuş və onların hüquqlarının qorunması təmin olunmuşdur.

İkinci Dünya Müharibəsi veteranlarına Qələbə günü münasibətilə verilən birdəfəlik maddi yardımın miqdarı ildən-ilə artırılır

1994-cü ildən etibarən Azərbaycanda veteranlara göstərilən dövlət qayğısının əsası qoyulmuş və bu siyasət sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Veteranların hüquqlarının qorunması və onlara dövlət qayğısı daha da inkişaf etdirilmiş, bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Ulu Öndərin əsasını qoyduğu veteranlar siyasətini daha da gücləndirərək veteranların sosial təminatlarını artırmış, onların hüquqlarını genişləndirmiş və cəmiyyətin hər bir sahəsində iştiraklarını dəstəkləmişdir. Prezident İlham Əliyevin dövründə veteranların vəziyyəti yüksək prioritetə çevrilmiş, dövlət tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması və sosial müdafiələrinin gücləndirilməsi üçün bir çox layihələr və addımlar atılmışdır. İkinci Dünya Müharibəsi veteranlarına Qələbə günü münasibətilə verilən birdəfəlik maddi yardımın və pensiyaların miqdarı ildən-ilə artırılmışdır.

Bu gün Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevanın veteranlara olan diqqət və qayğısı sayəsində bu istiqamətdə mühüm nailiyyətlər əldə edilmişdir. Mehriban xanım Əliyeva veteranların sosial təminatlarının yaxşılaşdırılması, onların hüquqlarının qorunması və tədbirlərinin təşkili istiqamətində bir çox mühüm təşəbbüslər irəli sürmüş və bu sahədə çoxsaylı layihələri dəstəkləmişdir. Heydər Əliyev Fondunun müxtəlif xeyriyyə layihələri veteranların sosial təminatlarının yaxşılaşdırılması və onların ehtiyaclarının qarşılanması məqsədini daşıyır.

Buna misal olaraq veteranların müalicə və rehabilitasiyalarının təşkil edilməsi sahəsindəki bir çox təşəbbüsləri göstərə bilərik. Veteranların cəmiyyətdəki yerini və rolunu nümayiş etdirmək məqsədilə mədəni tədbirlər təşkil edilmiş, müxtəlif film festivalları, müharibə mövzulu sərgilər və mədəniyyət proqramları ən ali səviyyədə dəstəklənmişdir. Bu diqqət Mehriban xanım Əliyevanın Azərbaycanın müharibə veteranlarına olan ehtiram və qayğısının təzahürüdür. Qələbənin 81 ili bizim üçün yalnız keçmişin xatirəsi deyil, həm də gələcək üçün bir dərsdir. Biz onun nəticəsini 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atan gün yaşadıq.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Bakı Metropoliteni" QSC-yə tramvay nəqliyyatının təşkil edilməsi ilə bağlı səlahiyyət verilib.

Ən son

TARİX

Bu gün “Ana vətən çağırır!”, “Heç kəs unudulmur, heç nə yaddan çıxmır!” nidası ilə tarix

TARİX

Bu gün “Ana vətən çağırır!”, “Heç kəs unudulmur, heç nə yaddan çıxmır!” nidası ilə tarix
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin