Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/09/2026

Paylaşın

GÜNDƏM

Hadrutun işğaldan azad edilməsindən altı il ötür

Bu gün – oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinin və bir sıra ətraf kəndlərin işğaldan azad edilməsindən altı il ötür.

Baki-baku.az xatırladır ki, 2020-ci il oktyabrın 9-da, Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu bir sıra strateji əraziləri işğaldan azad edərək tariximizin şanlı səhifələrindən birini yazıb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin gün rəsmi “X” sosial şəbəkə hesabında xalqımıza qələbə müjdəsini çatdırıb. Dövlət başçısı Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sor kəndinin, Tərtər rayonunun Çaylı kəndinin, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər və Süleymanlı kəndlərinin, eləcə də Füzuli rayonunun Yuxarı Güzlək və Gorazıllı kəndlərinin Azərbaycan Ordusu tərəfindən işğaldan tam azad edildiyini elan edib.

Hadrutun azad olunması Vətən müharibəsinin gedişində mühüm hərbi-strateji əhəmiyyət daşıyan hadisələrdən biri olub. Bu qələbə Azərbaycan xalqının illərlə davam edən torpaq həsrətinin sona çatacağına inamını gücləndirib, ölkəmizdə böyük sevinc və qürur hissi yaradıb.

Oktyabrın 9-da elan edilən azadlıq xəbərləri Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsində mühüm mərhələ kimi tarixə düşüb. Bu gün həmin hadisələr xalqımızın qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsi kimi ehtiramla xatırlanır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Yasamal və Səbail rayonlarında, eləcə də Abşeron rayonunun bəzi ərazilərində oktyabrın 30-da təmir işləri ilə əlaqədar elektrik

Ən son

İQTİSADİYYAT

“PAŞA Kapital” İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.

İQTİSADİYYAT

“PAŞA Kapital” İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin