Nəşr edilmişdir 09/25/2024

Paylaşın

XƏBƏRLƏR

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Milli Məclisdəki çıxışı zamanı səsləndirdiyi fikirləri geniş işıqlandırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin açılışındakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, newsday.ge, 24news.ge, aktual.ge, interpress.ge portalları, 1tv.ge, trt-georgia televiziya kanallarında dövlətimizin başçısının çıxışından materiallar yayımlanıb.

Newsday.ge portalında Azərbaycan Prezidentinin Ermənistana silah verən ölkələrə xəbərdarlığından və ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində görülən işlərdən bəhs olunur.

Materialda deyilir: “Bizim sərhədboyu yerləşən hərbi mövqelərimiz möhkəmlənir. Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Bəzi hallarda açıq – necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır – bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşınır. Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Yəni, bu metodologiya kifayət qədər bəsitdir. Ancaq onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik”.

1tv.ge televiziya kanalında yayımlanan materiallarda dünya silah bazarında təbii olaraq qıtlıq yaranıbdır. Biz bunu da nəzərə almalıyıq. Eyni zamanda, bu sahə bizə imkan verəcək ki, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirək. Onsuz da bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir. Bu, bizim bir çox ölkələrlə apardığımız danışıqların, o cümlədən iqtisadi və sərmayə qoyuluşu sahəsində aparılan danışıqların tərkib hissəsidir – biz yaxın gələcəkdə dünya silah bazarında önəmli oyunçuya çevrilək və bu imkanlar var.

Aktual.ge portalında Ermənistanın bilərəkdən sülh prosesini gecikdirdiyi, bununla vaxt udmaq istədiyi qeyd olunub. Materialda deyilir: “Fransadan pulsuz silah alan Ermənistan Azərbaycana qarşı baş verə biləcək bütün rəsmi ərazi iddialarına son qoyulmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır”.

Digər materiallarda da dövlətimizin başçısının quru sərhədlərin açılması, Ermənistanın silahlandırılması, Azərbaycana qarşı yeni məkrli siyasətlər, regionda və dünyada baş verən proseslərlə bağlı fikirləri yer alıb.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən

xəbərlər

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda deyilir: “Zəfər tariximiz

xəbərlər

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının

xəbərlər

Ən son

DİGƏR XƏBƏRLƏR

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 12-də gözlənilən küləkli hava şəraiti ilə

DİGƏR XƏBƏRLƏR

Xəzər dənizinin sahilində görüntülənən və müzakirələrə səbəb olan maket bundan əvvəl 2022-ci ildə Fransanın Bordo

ƏSAS XƏBƏRLƏR

Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə