Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/09/2026

Paylaşın

GÜNDƏM

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Aida İmanquliyeva

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şərqşünaslıq tarixində xüsusi yeri olan görkəmli alim, filologiya elmləri doktoru, professor, elmə, təhsilə və mədəniyyətə həsr etdiyi ömür yolu ilə Azərbaycan qadınının intellektual potensialının və elmi fədakarlığının parlaq nümunəsi olan Aida İmanquliyevanın zəngin elmi və pedaqoji irsinə həsr olunmuş təqdimat hazırlanıb.

Kitabxanadan Baki-baku.az-a bildirilib ki, süni intellekt vasitəsilə hazırlanan təqdimatın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlillidir.

Təqdimatda Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafındakı mühüm xidmətləri, ərəb filologiyası və ərəb-məhcər ədəbiyyatının tədqiqinə verdiyi töhfələr, eləcə də elm və təhsil sahəsindəki zəngin fəaliyyəti əhatəli şəkildə təqdim olunur. Materialda Aida İmanquliyevanın AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olması, elmi yaradıcılığında xüsusi əhəmiyyət daşıyan Mixail Nüaymə və “Qələmlər birliyi”, Xəlil Cübran yaradıcılığı və yeni ərəb ədəbiyyatının nümayəndələrinin elmi araşdırmalarını özündə əks etdirən üç fundamental tədqiqat istiqaməti haqqında məlumat verilir. Bu tədqiqatların müasir ərəb ədəbiyyatının beynəlxalq miqyasda öyrənilməsi baxımından əhəmiyyəti qeyd olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan təqdimatda Aida xanımın dünyagörüşünün və elmi düşüncəsinin formalaşmasında mühüm rol oynayan ailəsi, valideynləri – tanınmış jurnalist və ictimai-siyasi xadim Nəsir İmanquliyev və Şamaxının tanınmış ziyalı ailəsindən olan Gövhər Sultanzadə haqqında məlumatlar da yer alır.

Materialda Aida İmanquliyevanın elmi yaradıcılığının əsas istiqamətlərinin ərəb-məhcər, rus və Avropa ədəbiyyatının, romantizm və sentimentalizm cərəyanlarının tədqiqi olması, onun elmi irsinin bu gün də ərəb ədəbiyyatının, xüsusilə ərəb-məhcər ədəbiyyatının öyrənilməsi baxımından öz aktuallığını qoruduğu qeyd edilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən “Ziya və zərifliyin təcəssümü-Aida xanım İmanquliyeva” adlı təqdimat bütün həyatını ölkənin elm-təhsil siyasətinin inkişafına, intellektual potensialın formalaşmasına həsr edən görkəmli alim Aida İmanquliyevanın zəngin elmi irsinin təbliği, onun Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətlərinin gənc nəslə çatdırılması məqsədilə hazırlanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün bütün dünyada Ümumdünya Görmə Günü (World Sight Day) qeyd olunur.

Ən son

GÜNDƏM

Təqdimatda Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafındakı mühüm xidmətləri, ərəb filologiyası və ərəb-məhcər ədəbiyyatının tədqiqinə

GÜNDƏM

Təqdimatda Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafındakı mühüm xidmətləri, ərəb filologiyası və ərəb-məhcər ədəbiyyatının tədqiqinə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin