Ötən gün Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin “Qodo intizarında” pyesi əsasında hazırlanan “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib.
Baki-baku.az xəbər verir ki, böyük maraqla qarşılanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Şövqi Hüseynov, səhnə tərtibatçısı Zaur Abasov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssamı Vadim Kuskov, rejissor assistenti Nəsibə Canəliyevadır.
Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə, Nurlan Süleymanlı, Lalə Qarayeva iştirak edirlər.
Vladimir və Estraqon varlığı qeyri-məchul olan Qodonu gözləyirlər. Ancaq Qodonun gəlişi uzandıqca uzanır. Onlar tənha və çarəsizdirlər. Bu acınacaqlı həyatın uzun müddət davam etmə ehtimalı, qorxu və ümidsizlik onları dəfələrlə təhlükəli addımlar atmağa sövq edir.
Qodonu gözləmək Tanrıya inamın bir formasıdır, həyatın xaosunda bir növ sığınacaq tapmaq cəhdidir.


