Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/05/2026

Paylaşın

GÜNDƏM

Formula 1 zamanı qoyulan yol nişanı səkidə aşmış vəziyyətdə qalıb – Cavabdeh qurumdan AÇIQLAMA

20261005_123426

Bakının Səbail rayonunda, Şeyx Şamil küçəsində Formula 1 Azərbaycan Qran-prisi yarışı zamanı quraşdırılan yol nişanlarından birinin yarış başa çatdıqdan sonra aşmış vəziyyətdə ərazidə qalması diqqət çəkib.

Baki-baku.az xəbər verir ki, söhbət hazırda qüvvədə olmayan yol hərəkəti nişanından gedir. Sakinlər bildirirlər ki, sözügedən yol nişanı hazırda qüvvədə olmadığı üçün yerə aşırılıb və dirəyi ilə birlikdə səkidə qalıb. Nişanın bu vəziyyətdə uzun müddət ərazidə qalması həm küçənin görünüşü, həm də piyadaların hərəkəti baxımından sual yaradıb.

Məsələ ilə bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə müraciət etdik.

Şirkətdən bildirildi ki, hazırda demontaj işləri davam etdirilir, sözügedən yol nişanı qısa zamanda ərazidən götürüləcək.

Şəhərdə müxtəlif tədbirlər və yarışlar zamanı müvəqqəti quraşdırılan yol nişanları, baryerlər və digər konstruksiyaların tədbirdən sonra vaxtında ərazidən götürülməsi isə küçələrin əvvəlki vəziyyətinə qaytarılması, sakinlərin rahatlığı baxımından əhəmiyyətlidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda sosial müdafiə sisteminin və vətəndaşların sosial təminatının daha da gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Ən son

GÜNDƏM

Bakının Səbail rayonunda, Şeyx Şamil küçəsində Formula 1 Azərbaycan Qran-prisi yarışı zamanı quraşdırılan yol nişanlarından

GÜNDƏM

Bakının Səbail rayonunda, Şeyx Şamil küçəsində Formula 1 Azərbaycan Qran-prisi yarışı zamanı quraşdırılan yol nişanlarından
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin