Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/03/2025

Paylaşın

GÜNDƏM

Dörd rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri açılıb

IMG-20250203-WA0050

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Azərbaycanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Baki-baku.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, araşdırmalar zamanı Bakı şəhəri, Xəzər rayonu, Ramana qəsəbəsində, Abşeron rayonunun Xırdalan şəhəri, Samux rayonunun Alıuşağı kəndi və İmişli rayonunun Sarıxanlı kəndində meşə fonduna daxil olmayan 360 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 62 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Moldovada keçiriləcək Ejen İonesko Teatrının XIV Beynəlxalq İfaçılıq Sənətləri Festivalında iştirak edəcək.

Ən son

ƏDƏBİYYAT

Mirzə Ələkbər Sabir 1862-ci il mayın 30-da Şamaxıda anadan olub.

ƏDƏBİYYAT

Mirzə Ələkbər Sabir 1862-ci il mayın 30-da Şamaxıda anadan olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin