Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2026

Paylaşın

GÜNDƏM

DİN Bakıdakı qurumlarında texnik-operator vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edir

DİN

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Baki-baku.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Müsabiqədə ali təhsilli, yaşı 22-dən 29-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Microsoft Word” və “Microsoft Excel” proqramları, habelə informasiya sistemləri və elektron məlumat bazaları ilə işləmək bacarığına malik, Bakı şəhərində daimi qeydiyyatda olan və ya yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Yol hərəkəti qaydaları sahəsində ümumi bilikləri, monitorinq, nəzarət və ya inzibati fəaliyyət üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər Daxili İşlər Nazirliyinin kadrları sırasına qəbul edilərək onlara müvafiq xüsusi rütbə veriləcək.

Namizədlər 2026-cı il oktyabrın 14-dək DİN-in rəsmi internet saytında (www.mia.gov.az) yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını dolduraraq bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər.
Ətraflı məlumat DİN-in rəsmi internet saytında yerləşdirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, filologiya üzrə fəlsəfə doktoru,

Ən son

GÜNDƏM

Oktyabrın 24-də Bakı Mərkəzi Nəbatat Bağında Sofiya Frankın kuratorluğu ilə "Torpaq" adlı qrup sərgisinin açılışı

GÜNDƏM

Oktyabrın 24-də Bakı Mərkəzi Nəbatat Bağında Sofiya Frankın kuratorluğu ilə "Torpaq" adlı qrup sərgisinin açılışı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin