Nəşr edilmişdir 10/04/2024

Paylaşın

XƏBƏRLƏR

COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb

COP29 Azərbaycan Əməliyyat Şirkəti müstəqil nəzarət, audit, sertifikatlaşdırma və risklərin idarə olunması sahəsində ixtisaslaşmış qlobal “Bureau Veritas Certification Holding SAS” şirkətinin apardığı xarici audit prosesi nəticəsində beynəlxalq ISO 45001 idarəetmə sistemi sertifikatını əldə edib.

“BakıBaku” APA-ya istinadən xəbər verir ki, sertifikat oktyabrın 2-də Azərbaycanda səfərdə olan “Bureau Veritas” şirkətinin rəsmisi Nahla Abid tərəfindən COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilə görüş zamanı təqdim olunub.

Görüşdə tərəflər təhlükəsiz iş mühitinin qurulmasının əhəmiyyəti barədə müzakirələr aparıb. N. Abid sözügedən beynəlxalq sertifikatın əldə edilməsinin COP29 Azərbaycan ƏŞ tərəfindən dayanıqlı strateji yanaşma və əməyin mühafizəsi tədbirlərinin yüksək səviyyədə təmin olunmasının nəticəsi olduğunu qeyd edib. O, Əməliyyat Şirkətinin bu sahədə beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu bildirib. N. Carçalova bu nailiyyətin davamlı olaraq iş şəraitinin təkmilləşdirilməsinə və təhlükəsizliyin daha da artırılmasına töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, ISO 45001 standartı müəssisələrdə qəzaların qarşısının alınması, əməyin mühafizəsi və işçilər üçün təhlükəsizlik şəraitinin təmin olunması məqsədilə tətbiq edilən qlobal səviyyəli idarəetmə sistemidir. Bu standartın məqsədi iş mühitinin sağlam və təhlükəsiz olmasını təmin etməklə yanaşı, əməyin təhlükəsizliyini artırmaq və mümkün riskləri minimuma endirməkdir. Bu sertifikatla COP29 Azərbaycan Əməliyyat Şirkəti işçilərinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq standartlara uyğun sistemlər tətbiq etdiyini bir daha təsdiq edir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı şəhərinin bir sıra rayonlarında xalqımızın tarixi mədəni irsinin formalarından biri olan, şəhərimizin bəzi binalarını və parklarını bəzəyən

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla

GÜNDƏM

Bakı tarixi binaları, abidələri və ümumiyyətlə öz xüsusi sevgi aurası ilə məşurdur. Ürəklərə sevgi ilə

GÜNDƏM

Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb.Baki-Baku.az