Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/07/2026

Paylaşın

İQTİSADİYYAT

“Çıraq” platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb

"Çıraq"

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Çıraq” platformasından istismara veriləndən bu ilin noyabrın 1-dək 107,8 milyon ton neft və 25 milyard kubmetr qaz hasil edilib.

Bu barədə Baki-baku.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan neft sənayesinin simvollarından sayılan “Çıraq” platformasından ilk neft hasilatına başlanılmasından 29 il ötür.

Xatırladaq ki, “Azəri-Çıraq-Günışli” (AÇG ) Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (35,3 %), MOL (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunmuş “8 Noyabr – Zəfər Günü”

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin