Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2026

Paylaşın

GÜNDƏM

Bakının mərkəzində taksilər ödənişlə küçələrə buraxılır? – AYNA-dan AÇIQLAMA

AYNA-dan AÇIQLAMA, AYNA

Bildiyiniz kimi, Bakının mərkəzində bir sıra küçələr piyadalaşdırılıb və nəqliyyat vasitələrinin həmin ərazilərə girişinə məhdudiyyət qoyulub. Söhbət Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsindən, eləcə də Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrindən gedir.

Baki-baku.az xəbər verir ki, ötən gün sahibkarlardan nəqliyyat vasitələrinin qanunsuz olaraq əraziyə daxil olması ilə bağlı şikayət daxil olub.

Şikayətçi iddia edib ki, avtomobillərin küçəyə girişinə icazə verilmədiyi halda, axşam saatlarında taksidən ödəniş alınaraq əraziyə girişinə şərait yaradılıb.

Məsələ ilə bağlı Baki-baku.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, fərdi parklanma talonuna malik sakinlərin, eləcə də operativ, tibbi, kommunal və logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin edilir.

Qurumdan əlavə edilib ki, ərazidə fəaliyyət göstərən dövlət qurumları, diplomatik nümayəndəliklər, tibb müəssisələri və biznes subyektləri ilə də müvafiq iş aparılır, onlara zəruri dəstək göstərilir.

Qeyd edək ki, AYNA-nın açıqlamasında taksilərin ödəniş müqabilində əraziyə buraxılması ilə bağlı iddiaya birbaşa münasibət bildirilməyib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdirdiyi “Oljas Süleymenov Azərbaycanın gözü ilə”

Ən son

GÜNDƏM

Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

GÜNDƏM

Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin