Nəşr edilmişdir 01/24/2025

Paylaşın

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Bakının işıqlandırılmasında idarəetmə, yaranan problemlər və həlli yolları

956cd6de-7e40-4bc4-b69a-b32351445244

Bakı şəhərinin küçə və prospektlərinin işıqlandırılması təkcə estetik deyil, həm də təhlükəsizliyin təmin edilməsi və şəhər infrastrukturu baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin bəzi hallarda avtoqəzalar nəticəsində işıq dirəklərinə ciddi zərər dəyir ki, bu isə digər nəqliyyat vasitələri və piyadalar üçün müəyyən problemlər yaradır. Bəs dəymiş zərərin aradan qaldırılması necə həyata keçirilir? Ümumilikdə Bakıda işıqlandırmanın vəziyyəti necədir?
Mövzu ilə bağlı “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin texniki şöbəsinin rəisi Anar Sultanov Baki-baku.az-a açıqlama verib.
O bildirib ki, Müəssisə Bakı şəhərinin inzibati ərazisinə daxil olan küçə və prospektlərdə quraşdırılmış işıqlandırma sisteminə xidmət göstərir: “Küçə və prospektlərin işıqlandırılması 80 minə yaxın işıq dirəyi vasitəsilə həyata keçirilir. İşıq dirəklərinin sıradan çıxması bir sıra səbəblərdən baş verir. Əsas səbəblərdən biri də avtoqəzalardır. İl ərzində 300-ə yaxın işıq dirəyi avtoqəza nəticəsində vurularaq sıradan çıxır”.


Avtoqəza nəticəsində işıq dirəyinə dəymiş zərərin ödənilməsi ilə bağlı məsələyə toxunan Anar Sultanov qeyd edib ki, əvvəlcə zərər vurmuş avtomobilin təyin edilməsi ilə bağlı hüquq mühafizə organlarına müraciət olunur: “Zərər vurmuş avtomobil məlum olduqdan sonra sığorta şirkətinə zərərin ödənilməsi ilə bağlı tərəfimizdən müraciət olunur. Əgər həmin avtomobilin sığortası yoxdursa, zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilir. Bəzən elə hallar olur ki, işıq dirəyini sıradan çıxaran avtomobili təyin etmək mümkün olmur. Bu zaman isə aidiyyəti üzrə müraciət edilir və həmin adamın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yalnız dəymiş ziyan tam ödənildikdən sonra işıq dirəyinin bərpa olunması təmin edilir.


Şöbə rəisi, həmçinin Bakıda işıq dirəklərinin avtoqəza nəticəsində ən çox sıradan çıxdığı yollara da toxunub: “Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə işıq dirəklərinin vurulmasına daha çox təsadüf edilir. Bunlara misal olaraq, Heydər Əliyev, 8 Noyabr, Ziya Bünyadov prospektlərini, Binəqədi-Balaxanı yolunu, hava limanına gedən yolu və s. göstərmək olar. İşıq dirəkləri qəbul edilmiş standartlara uyğun olaraq 30-35 metr məsafə aralığında quraşdırılır. Qeyd edək ki, Müəssisəmiz tərəfindən işıq dirəklərinin texniki vəziyyətinin yoxlanılması ilə bağlı mütəmadi monitorinqlər keçirilir, qəzalı vəziyyətdə olan işıq dirəyi aşkarlandıqda ərazidən götürülür və həmin yerdə yeni işıq dirəyinin quraşdırılması təmin edilir”.


Müəssisənin gələcək fəaliyyətindən və planlarından da söz açan A.Sultanov diqqətə çatdırıb ki, hazırda Bakının inzibati ərazisinə daxil olan 2600 küçə işıqlandırılır və gələcəkdə planlı şəkildə 1000-ə yaxın küçənin mərhələli şəkildə işıqlandırılması nəzərdə tutulub: “2021-2024-cü illər ərzində Bakı şəhərində yeni led tipli işıqlandırıcılardan istifadə edilməklə 1300 kilometr uzunluğunda küçələr işıqlandırılıb. Yeni led tipli “Philips” işıqlandırıcıları ekoloji cəhətdən təmizdir, az enerji sərf edir və tam təhlükəsizdir. Həmçinin yeni işıqlandırıcıların üstün cəhətləri ondan ibarətdir ki, məsafədən idarəetmə sistemi ilə yanma-sönmə həyata keçirilir və işıqlandırıcılarda hər hansı bir problem yaranarsa, idarəetmə vasitəsilə aşkarlanır, dərhal tədbir görülür”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarları Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi 29 yanvarda iş günü qrafiki

Ən son

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Bakı şəhərinin küçə və prospektlərinin işıqlandırılması təkcə estetik deyil, həm də təhlükəsizliyin təmin edilməsi və

TARIXI ŞƏXSİYYƏTLƏR

Adı milli dövlətçilik və milli-mənəvi dəyərlər tariximizə milli teatrın, milli mətbuatın qurucusu, Cəmiyyəti-Xeyriyyənin Qız Məktəbinin

GÜNDƏM

Gələcəkdə Bakıda planlı şəkildə 1000-ə yaxın küçənin işıqlandırılması təmin ediləcək.Bunu Baki-baku.az-a açıqlamasında “Bakı Şəhər İşığı”