AFİŞA
AZƏRBAYCANDA İLK DƏFƏ!
Bakı Olimpiya Stadionunun möhtəşəm səhnəsində — bənzəri olmayan Justin Timberlake! 10 qat GRAMMY mükafatı laureatı, dünya şöhrətli ulduz, “Can’t Stop the Feeling!”, “Mirrors” kimi hitlərin müəllifi — Bakıda unudulmaz şou ilə çıxış edəcək!
Castin Timberleykin mahnıları və videoları dünya üzrə 23 milyarddan çox dinlənmə və baxış sayı toplamışdır. O, həmçinin “Saturday Night Live” şousundakı yaddaqalan çıxışlarına görə 4 dəfə “Emmy” mükafatı qazanıb. Aktyor kimi o, “DreamWorks” studiyasının məşhur animasiya franşizası olan “TROLLS” filmlərində (o cümlədən 2023-cü ildə çıxan “TROLLS BAND TOGETHER”) səsləndirmə etmişdir. Onun “TROLLS” filmindən olan “Can’t Stop the Feeling!” mahnısı 2017-ci ildə “Oskar”da “Ən yaxşı orijinal mahnı” nominasiyasına layiq görülmüşdü.
- 27/07/2025
ƏSRARƏNGİZ RƏQS ŞOUSU
Azərbaycanın müxtəlif rəqs ənənələrini əks etdirən möhtəşəm şou
Süjetə əsasən, gənc qız və oğlan tanış olub bir-birlərinə aşiq olurlar. Qara qüvvələr isə onların münasibətinə mane olmaq istəyirlər. Qızı oğurlayıb Azərbaycanın bölgələrinin birində gizlədirlər. Qəhrəmanımız sevdiyi qıza qovuşmaq üçün macəra dolu səyahətə çıxır.
Saray turistlər və qonaqlar üçün 18:00-dan açıq olacaq. Əlavə olaraq, qonaqlar üçün müxtəlif ölkələrə aid olan mətbəxlərin təamları ödənişli formada təklif olunacaqdır.
- 26/07/2025
2025-ci ilin yayının əsas hadisəsi — DREAM FEST beynəlxalq musiqi festivalı, 23-26 iyul tarixlərində mənzərəli Sea Breeze Resort kurort şəhərinin sahilində keçiriləcək!
Çoxdan gözlənilən açıq havada dördgünlük rəqs, musiqi və drav festivalı, və 100-dən çox sənətçi öz tamaşaçılarını gözləyir! Musiqinin ən yaxşıları, ənənəvi olaraq, Xəzərin sahilində yayda yaranır.
- 23/07/2025
Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” adlı pyesi əsasında
Xanla xanım çaydan zəhərləndiyinə görə müqəssir axtarılır. Alleqorik personajlar öz aralarında bu hadisəyə səbəb olan günahkarı axtararaq günahsız birini ittiham edir və onu qurban verirlər.
Toy anlamayana toy tuturlar! Bəşər övladının həyatı ümumi şəkildə doğumun və ölümün sərhədində varolan təfərrüatlardan ibarətdir. Həyatımızın önəmli və əsas hadisələrindən toy və yas mərasimindəki həssaslığımız, duyğularımızın “dəm-dəstgah”ı içərisində özünüdərk mərhələsi, gəlimli-gedimli, bir ucu ölümlü dünya anlayışlarının duallığı çərçivəsində həyatımızı virtual bir oyun kimi davam etdirməli oluruq.
- 13/07/2025
Diqqət! Konsertə gecikdiyiniz halda, biletdə göstərilən yer dəyişdirilə bilər.
Bilet nəzarətçilərinin təlimatlarına əməl etməniz və konsertlərə qeyd edilən vaxtdan 30 dəqiqə əvvəl gəlməniz tövsiyə olunur.
Konsert və tədbirlərimizdə qonaq olacaq tamaşaçıların geyim tərzlərinə diqqət yetirmələri xahiş olunur. Şort və başmaqda gələn şəxslər konsert zalına buraxılmayacaq.
- 11/07/2025
Qəhrəmanımız bənnadır. Zəhmətkeş gənc bənna Bilal sən demə illər əvvəl Cadugər tərəfindən edilmiş tilsimi qırır.
Belə ki, Padşaha qəzəblənən Cadugər onun hayıfını Şahzadədən çıxır və onu tilsimləyir. Qızın bilərziyini tilsimləyir, onu da bir güldanın içinə atır.
Bu minvalla illər keçir. Amma heç kim bu sirrin üstünü aça bilmir. Ta ki Bilal o güldanı sındırana qədər.
Bir gün bir evin damını təzələyən Bilal bu əhvalatı eşidir. Hadisəni ona qoca kəndli danışır. Başı nəql olunan məsələyə qarışan Bilalın çəkici əlindən çıxır və işlədiyi evin eyvanındakı güldana dəyir. Güldan qırılır və bilərzik yerə düşür.
Bununla da tilsim sınmış olur və Bilal o bilərziyi götürüb birbaşa saraya yollanır. Beləcə qızın həyatı xilas edilir.
- 11/07/2025
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının
təşkilati dəstəyi, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya
dəstəyi ilə “Qarabağ Gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.
8 iyul 2025-ci il tarixində – Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsertdə dünya şöhrətli tenor,
Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac
Şıxəlizadə iştirak edəcək. Konsertin dirijoru isə Əməkdar artist Əyyub Quliyev olacaq.
- 08/07/2025
Bəzi muzeylərdə eksponatlara toxunmaq qadağandır. Amma elə muzey də var ki, orada əksinə mümkün deyil toxunmadan keçmək. Bakıda yerləşən İnteraktiv Elmi Muzey — hər şeyin işlədiyi, səs çıxardığı, hərəkət etdiyi və cavab verdiyi bir məkandır. Sözlə yox, hərəkətlə.
Burada 150-dən çox işlək qurğu var: sənaye inqilabının başlanğıc nöqtəsi olan buxar mühərrikindən tutmuş müasir dövrün texnologiyası olan ion mühərrikinə qədər. Amma əsas dəyər — sadə şeylərdədir. Teslanın bobini necə işləyir? Lampa naqilsiz necə yanır? Vakuum yaradılarsa nə baş verir? Arximed niyə vannaya girdi və onun qanunu şəffaf kolbada necə işləyir?
Muzey mühəndis Elçin Abbasov tərəfindən qurulub. Fikirdən son detallı yığılmasına qədər hər şey onun əli və ağlı ilə hazırlanıb. Bu da hiss olunur: ekspozisiya “vau-effekt” üçün yox, anlayış üçün yaradılıb. Uşaq, tələbə və ya böyüklər fizikanın həyatda necə işlədiyini öz gözləri ilə görə bilsin deyə.
- 03/07/2025
03/07/2025

08/07/2025
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının
təşkilati dəstəyi, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya
dəstəyi ilə “Qarabağ Gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.
8 iyul 2025-ci il tarixində – Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsertdə dünya şöhrətli tenor,
Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac
Şıxəlizadə iştirak edəcək. Konsertin dirijoru isə Əməkdar artist Əyyub Quliyev olacaq.
11/07/2025
Qəhrəmanımız bənnadır. Zəhmətkeş gənc bənna Bilal sən demə illər əvvəl Cadugər tərəfindən edilmiş tilsimi qırır.
Belə ki, Padşaha qəzəblənən Cadugər onun hayıfını Şahzadədən çıxır və onu tilsimləyir. Qızın bilərziyini tilsimləyir, onu da bir güldanın içinə atır.
Bu minvalla illər keçir. Amma heç kim bu sirrin üstünü aça bilmir. Ta ki Bilal o güldanı sındırana qədər.
Bir gün bir evin damını təzələyən Bilal bu əhvalatı eşidir. Hadisəni ona qoca kəndli danışır. Başı nəql olunan məsələyə qarışan Bilalın çəkici əlindən çıxır və işlədiyi evin eyvanındakı güldana dəyir. Güldan qırılır və bilərzik yerə düşür.
Bununla da tilsim sınmış olur və Bilal o bilərziyi götürüb birbaşa saraya yollanır. Beləcə qızın həyatı xilas edilir.
11/07/2025
Diqqət! Konsertə gecikdiyiniz halda, biletdə göstərilən yer dəyişdirilə bilər.
Bilet nəzarətçilərinin təlimatlarına əməl etməniz və konsertlərə qeyd edilən vaxtdan 30 dəqiqə əvvəl gəlməniz tövsiyə olunur.
Konsert və tədbirlərimizdə qonaq olacaq tamaşaçıların geyim tərzlərinə diqqət yetirmələri xahiş olunur. Şort və başmaqda gələn şəxslər konsert zalına buraxılmayacaq.
13/07/2025
Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” adlı pyesi əsasında
Xanla xanım çaydan zəhərləndiyinə görə müqəssir axtarılır. Alleqorik personajlar öz aralarında bu hadisəyə səbəb olan günahkarı axtararaq günahsız birini ittiham edir və onu qurban verirlər.
Toy anlamayana toy tuturlar! Bəşər övladının həyatı ümumi şəkildə doğumun və ölümün sərhədində varolan təfərrüatlardan ibarətdir. Həyatımızın önəmli və əsas hadisələrindən toy və yas mərasimindəki həssaslığımız, duyğularımızın “dəm-dəstgah”ı içərisində özünüdərk mərhələsi, gəlimli-gedimli, bir ucu ölümlü dünya anlayışlarının duallığı çərçivəsində həyatımızı virtual bir oyun kimi davam etdirməli oluruq.
23/07/2025
2025-ci ilin yayının əsas hadisəsi — DREAM FEST beynəlxalq musiqi festivalı, 23-26 iyul tarixlərində mənzərəli Sea Breeze Resort kurort şəhərinin sahilində keçiriləcək!
Çoxdan gözlənilən açıq havada dördgünlük rəqs, musiqi və drav festivalı, və 100-dən çox sənətçi öz tamaşaçılarını gözləyir! Musiqinin ən yaxşıları, ənənəvi olaraq, Xəzərin sahilində yayda yaranır.
Göstəriləcək başqa paylaşım yoxdur