Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/06/2025

Paylaşın

HƏR ŞEYDƏN

Yeni texnologiya: Zədələnmiş sümüklər bədənin daxilində “çap” edilə biləcək

Yeni texnologiya, Sümük, Texnologiya

Cənubi Koreya və ABŞ-dan olan alimlər zədələnmiş sümük hissələrinin bədənin daxilində birbaşa “çap” edilməsinə imkan verən innovativ cihaz hazırlayıblar.

Baki-baku.az xəbər verir ki, texnologiya ilk mərhələdə dovşanlar üzərində sınaqdan keçirilib və nəticələr nüfuzlu “Device” elmi jurnalında dərc olunub.

Məlumata görə, cihaz davamlı polimer materialların kompoziti və sümük toxumasının mineral hissəsinin sintetik analoqundan istifadə etməklə yeni sümük strukturlarını formalaşdırır.

Yığcam ölçülərə malik bu qurğu 3D çap sisteminin analoqu kimi işləyir. Onun əllə idarə olunması cərrahlara əməliyyat zamanı çapın istiqamətini, bucağını və dərinliyini dəqiq tənzimləməyə imkan verir. Prosedur cəmi bir neçə dəqiqə çəkir və əlavə hazırlıq tələb etmir.

Alimlərin fikrincə, bu texnologiya gələcəkdə sümük sınıqlarının və ciddi zədələrin bərpasında inqilabi rol oynaya bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli dövlətçilik tariximizdə mühüm yer tutan eramızdan əvvəl IV əsrdən VII əsrdək mövcud olan, V əsrdən əlifbasını, yazı

Ən son

Mədəniyyət

Macarıstanın "Turan" Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə 14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX

Mədəniyyət

Macarıstanın "Turan" Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə 14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin