Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/30/2024

Paylaşın

GÜNDƏM

Bakının bəzi rayonlarında yeni qazanxanalar tikilir – ÜNVANLAR

“Azəristiliktəchizat” ASC istismar müddəti başa çatmış qazanxanaların yenidən qurulması işlərinə başlayıb.

“BakıBaku” Oxu.Az-a istinadən xəbər verir ki, ilkin mərhələdə 4 qazanxananın – Yasamal rayonunun Tağı Şahbazi küçəsində 141 saylı, Səbail rayonunun Badamdar qəsəbəsi, T.Məmmadov 8 küçəsində 505 saylı, Nizami rayonunun Ə.Vəlivev 3 küçəsində 537 saylı, Nərimanov rayonunun Kaveroçkin 34 küçəsində 72 saylı qazanxananın bərpası, o cümlədən, 1 qazanxananın Səbail rayonu, Azərbaycan prospekti 3 ünvanında qazanxananın zirzəmidən çıxarılaraq layihə əsasında yenidən qurulması nəzərdə tutulur.

Layihə çərçivəsində köhnə tipli qazanxanaların tam sökülməsi, istismar müddətini başa vuran avadanlıqların çıxarılması, habelə yeni qazanxana binasının inşası və müasir tipli avadanlıqlarla təchizatı işləri icra ediləcək.

Yeni tikiləcək qazanxanalar ən müasir standartlara cavablar verəcək və enerji səmərəliliyinin artırılmasına, etibarlı və ekoloji cəhətdən təmiz enerjinin istehsalına, istehlakçıların keyfiyyətli istilik və isti su xidmətləri ilə təmin edilməsinə imkan verəcək.

Artıq işlərin icrasına başlanılıb və 2024-2025-ci illər istilik mövsümündə istismara verilməsi nəzərdə tutulur.

Bu qazanxanalardan ümumilikdə 52 yaşayış binası, 2 392 mənzil, 4 məktəb, 1 uşaq bağçası və 26 digər sosial obyekt istiliklə təmin ediləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Mançester Universitetinin alimləri müəyyən ediblər ki, gündəlik nar ekstraktının qəbulu 55–70 yaş arası insanlarda “gənclik hormonu” IGF-1-in səviyyəsini

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Bibəriyyə Aralıq dənizi sahillərində geniş yayılmış, həm ədviyyat, həm də dərman bitkisi kimi tanınan həmişəyaşıl

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Bibəriyyə Aralıq dənizi sahillərində geniş yayılmış, həm ədviyyat, həm də dərman bitkisi kimi tanınan həmişəyaşıl
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin