Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/01/2026

Paylaşın

GÜNDƏM

İçərişəhərdə əmək yarmarkası keçirilib, 322 aktiv iş yeri təqdim edilib

IMG-20260701-WA0062

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) birgə təşkilatçılığı ilə İçərişəhərdə əmək yarmarkası baş tutub.

Baki-baku.az xəbər verir ki, bu barədə “İçərişəhər” DTMQİ-nin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, aktiv məşğulluq tədbirində iştirak edənlər təqdim edilən iş elanları və onların tələbləri ilə yaxından maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, əməkdaş seçimində prioritet kriteriyalar və işə qəbul prosesi haqqında ətraflı məlumat veriblər.

Yarmarkada 33 işəgötürən tərəfindən ümumilikdə 322 aktiv iş yeri təqdim edilib. Ziyarətçilərə mövcud ştatlar üzrə əmək öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin şəxsi məlumat vərəqələri (tərcümeyi-halları) qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

Yarmarkada Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da öz xüsusi stendləri ilə fəal iştirak ediblər.

Proses çərçivəsində işsiz və işaxtaran şəxslərə peşə kursları, müraciət qaydaları barədə geniş məlumat verilib, həmçinin onlara peşəkar karyera məsləhəti xidmətləri göstərilib.

Eyni zamanda, tədbirə qatılan vətəndaşlar Agentlik tərəfindən icra olunan digər aktiv məşğulluq layihələri barədə də faydalı məlumatlar alıblar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə təbrik məktubu ünvanlayıb.

Ən son

GÜNDƏM

22 iyul tarixindən etibarən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci

GÜNDƏM

22 iyul tarixindən etibarən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin