Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/01/2026

Paylaşın

GÜNDƏM

Bakının daha iki rayonunda ağaclarda dərmanlama işləri aparılıb

Yaşıllaşdırma Təsərrüfatı Birliyi

Bakının daha iki rayonunda ağaclarda qurdbasma hallarına qarşı mübarizə tədbirləri aparılıb.

Bu barədə Baki-baku.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən (YTB) məlumat verilib.

Bildirilib ki, dərmanlama işləri paytaxtın Nərimanov rayonu Yəhya Bakuvi küçəsi və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsində həyata keçirilib.

Qeyd edilib ki, aparılan araşdırmalar nəticəsində ağaclarda müşahidə edilən qurdların Ağ Amerika kəpənəyinin tırtılları olduğu müəyyənləşdirilib.

Bununla əlaqədar xüsusi tədbirlər planı hazırlanıb. Hazırda ərazilərdə gündəlik monitorinqlər aparılır, tırtılların aşkar edildiyi yerlərdə isə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.

Qurumdan vurğulanıb ki, sözügedən tırtıllar insanların sağlamlığı üçün təhlükə yaratmır. Buna baxmayaraq, yaşıllıqlara vurduğu ziyanın qarşısının alınması məqsədilə monitorinq və mübarizə tədbirləri davam etdirilir.

Mütəxəssislərin məlumatına görə, insan üçün heç bir zərəri olmasa da Ağ Amerika kəpənəyi 120-dən çox bitki növünə zərər verə bilir. Zərərverici tut ağacları ilə yanaşı, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və digər bitkilərlə də qidalanır. Abşeron yarımadasında aparılmış tədqiqatlar zamanı isə bu həşəratın 30 bitki növü ilə qidalandığı müəyyən edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Bununla da qadınların pensiya yaşı kişilərin pensiya yaşı ilə bərabərləşib.

Ən son

GÜNDƏM

İyunun 30-da Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən dünyasını dəyişmiş 13 yaşlı Emilin xatirəsinə həsr

GÜNDƏM

İyunun 30-da Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən dünyasını dəyişmiş 13 yaşlı Emilin xatirəsinə həsr
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin