Nəşr edilmişdir 09/30/2024

Paylaşın

GÜNDƏM

Bakının bəzi rayonlarında yeni qazanxanalar tikilir – ÜNVANLAR

“Azəristiliktəchizat” ASC istismar müddəti başa çatmış qazanxanaların yenidən qurulması işlərinə başlayıb.

“BakıBaku” Oxu.Az-a istinadən xəbər verir ki, ilkin mərhələdə 4 qazanxananın – Yasamal rayonunun Tağı Şahbazi küçəsində 141 saylı, Səbail rayonunun Badamdar qəsəbəsi, T.Məmmadov 8 küçəsində 505 saylı, Nizami rayonunun Ə.Vəlivev 3 küçəsində 537 saylı, Nərimanov rayonunun Kaveroçkin 34 küçəsində 72 saylı qazanxananın bərpası, o cümlədən, 1 qazanxananın Səbail rayonu, Azərbaycan prospekti 3 ünvanında qazanxananın zirzəmidən çıxarılaraq layihə əsasında yenidən qurulması nəzərdə tutulur.

Layihə çərçivəsində köhnə tipli qazanxanaların tam sökülməsi, istismar müddətini başa vuran avadanlıqların çıxarılması, habelə yeni qazanxana binasının inşası və müasir tipli avadanlıqlarla təchizatı işləri icra ediləcək.

Yeni tikiləcək qazanxanalar ən müasir standartlara cavablar verəcək və enerji səmərəliliyinin artırılmasına, etibarlı və ekoloji cəhətdən təmiz enerjinin istehsalına, istehlakçıların keyfiyyətli istilik və isti su xidmətləri ilə təmin edilməsinə imkan verəcək.

Artıq işlərin icrasına başlanılıb və 2024-2025-ci illər istilik mövsümündə istismara verilməsi nəzərdə tutulur.

Bu qazanxanalardan ümumilikdə 52 yaşayış binası, 2 392 mənzil, 4 məktəb, 1 uşaq bağçası və 26 digər sosial obyekt istiliklə təmin ediləcək.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində fevralın 18-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya

Ən son

MEMARLIQ

Bakı tarixən Avropa və Asiya, mədəniyyət və ticarət qollarının kəsişməsində, İpək yolunun üstündə yerləşib. Bura

MEMARLIQ

Bakı tarixən Avropa və Asiya, mədəniyyət və ticarət qollarının kəsişməsində, İpək yolunun üstündə yerləşib. Bura