Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/04/2026

Paylaşın

GÜNDƏM

Bakıda yaşıllıq sahələri artırılacaq

Yaşıllıq sahələri, Yaşıllıq, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

Bakıda yaşıllıq sahələri artırılacaq.

Baki-baku.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində əksini tapıb.

Qeyd olunur ki, iqlim dəyişikliyinin miqyası və sürəti iqtisadiyyatın və sosial həyatın bütün sferalarında ekoloji təmiz texnologiyalar, tullantıların ətraf mühitə mənfi təsiri kimi məsələləri ön plana çıxarıb.

Bu baxımdan bioloji müxtəlifliyin qorunması və ekosistemlərin bərpası, torpaq və su ehtiyatlarının mühafizəsi, tullantıların idarə olunması sahəsində islahatlar, iqlim dəyişmələri ilə mübarizə, yaşıl enerjinin geniş vüsət alması, təmiz texnologiyaların tətbiqinin genişləndirilməsi qarşıdakı illərdə diqqət yönəldilən əsas istiqamətlər olacaq.

Bioloji müxtəlifliyin qorunması və ekosistemlərin bərpası təmin ediləcək. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi genişləndiriləcək, fauna və flora növlərinin bərpası istiqamətində kompleks tədbirlər həyata keçiriləcək.

Meşə ilə örtülü ərazilərin miqyası artırılacaq, qeyri-meşə fondu ərazilərində yaşıllıqlar genişləndiriləcək və dayanıqlı meşə idarəetməsi tətbiq olunacaq. Şəhər mühitində yaşıllıq sahələrinin payı Ümumdünya Səhiyyə Təşkilatının normativlərinə uyğun səviyyəyə çatdırılacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oktyabrın 10-da Azərbaycan Dövlət Kukla Teatrının repertuarında özünəməxsus yeri olan “Gözəl və Bədheybət” tamaşası yenilənmiş kuklalar və yeni

Ən son

GÜNDƏM

Bakıda yaşıllıq sahələri artırılacaq.

GÜNDƏM

Bakıda yaşıllıq sahələri artırılacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin