Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/11/2026

Paylaşın

GÜNDƏM

Bakıda XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun açılışı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ev sahibliyi ilə Bakıda “Altayşünaslığın keçmişi, bu günü və gələcəyi” mövzusunda XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun açılış mərasimi keçirilib.
Baki-baku.az xəbər verir ki, simpozium Azərbaycan Milli Elmlər Akademiyası, Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Tarix Qurumu, Türk Dövlətləri Təşkilatı (TDT), Türk Akademiyası və Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin dəstəyi ilə keçirilir.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış alim və tədqiqatçılar, eləcə də türk dünyasının elm və mədəniyyət qurumlarının nümayəndələri iştirak ediblər.
Simpoziumun açılışında fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun Bakıda, Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunduğu bir ildə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Professor Aktotı Raimkulova, eləcə də Birinci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi beynəlxalq layihələrdən də söz açıb.
Açılış mərasimində həmçinin AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri, professor Dr. Birol Akgün, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Türk Tarix Qurumunun prezidenti, professor Dr. Haluk Selvi, AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva və Altay Topluluqları Simpoziumunun rəhbəri, professor Dr. İlhan Şahin çıxış ediblər.
9–12 sentyabr tarixlərində keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu çərçivəsində Altayşünaslığın müxtəlif istiqamətləri, türk xalqlarının qədim tarixi, dili və mədəni əlaqələri, eləcə də müasir elmi tədqiqatların perspektivləri ilə bağlı məruzə və müzakirələr aparılır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Ən son

İdman

Bakıda oktyabrın 22–30-da keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri yüksək səviyyədə

İdman

Bakıda oktyabrın 22–30-da keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri yüksək səviyyədə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin