Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/16/2026

Paylaşın

GÜNDƏM

Bakıda təmir işləri tələbələrin yolunu çətinləşdirdi – AÇIQLAMA

IMG-20260916-WA0084

Bakının Həsən Əliyev küçəsində, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris korpusunun qarşısında həyata keçirilən təmir işləri tələbələrin ərazidən keçidini çətinləşdirib. Sosial şəbəkələrdə yayılan kadrlardan ərazidə piyadaların dar keçiddən istifadə etdiyi görünür. Alternativ və təhlükəsiz piyada yolunun kifayət qədər əlçatan olmaması isə ərazidə hərəkətin təhlükəsizliyi ilə bağlı suallar yaradıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Baki-baku.az-ın sorğusuna verilən cavabda bildirilib ki, ərazidə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün müvəqqəti piyada keçidi təşkil edilib. Bunun üçün xüsusi keçid sahəsi ayrılıb və həmin hissəyə çınqıl örtüyü salınıb.

Agentliyin məlumatına görə, ərazinin digər istiqamətində də piyadaların istifadə edə biləcəyi ayrıca keçid sahəsi yaradılıb.

Həmçinin qeyd edilib ki, təhlükəsizliyin təmin olunması məqsədilə hər iki istiqamətdə piyadalar üçün nəzərdə tutulan zonalar tikinti sahəsindən xüsusi çəpərlərlə ayrılıb. Bundan əlavə, ərazidə xəbərdaredici lentlərdən istifadə olunaraq piyada hərəkət sahələrinin tikinti zonasından fərqləndirilməsi təmin edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Yasamal və Səbail rayonlarında, eləcə də Abşeron rayonunun bəzi ərazilərində oktyabrın 30-da təmir işləri ilə əlaqədar elektrik

Ən son

İQTİSADİYYAT

“PAŞA Kapital” İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.

İQTİSADİYYAT

“PAŞA Kapital” İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin