Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/10/2026

Paylaşın

GÜNDƏM

Bakıda mikromobillik vasitələri 7 milyon dəfəyə yaxın sifariş olunub

Son iki ildə Bakıda mikromobillik infrastrukturunun qurulmasına başlanıldığı vaxtdan velosiped və elektrikli skuterlər 6,9 milyon dəfədən çox sifariş olunub.
Bu barədə Baki-baku.az-a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bu müddətdə istifadəçilər 18 milyon km-ə yaxın məsafə qət ediblər. Statistika yalnız kirayə xidmətlərini əks etdirir, şəxsi velosiped və skuterlərdən istifadə bu göstəricilərə daxil deyil.
Bu ilin 7 ayı ərzində isə kirayə xidmətində olan velosiped və skuterlər 2 297 405 dəfə sifariş olunub. Yanvar-iyul aylarında mikromobillik vasitələrindən istifadəçi sayı 1 160 228 nəfər olub və ümumilikdə 4 918 839 km məsafə qət edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həm sifariş, həm də istifadəçi sayında 1,2 dəfə artım deməkdir.
İnfrastrukturun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Hazırda paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq mikromobillik zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması nəzərdə tutulur.
Son 2 ildə əldə olunan nəticələr göstərir ki, Bakıda mikromobillik artıq alternativ nəqliyyat vasitəsi olmaqdan çıxaraq şəhərin müasir və dayanıqlı nəqliyyat sisteminin mühüm hissəsinə çevrilir. Mikromobilliyin inkişafı qısa məsafələr üzrə daha rahat və çevik hərəkət imkanı yaradır, nəqliyyat sıxlığının və karbon emissiyalarının azalmasına, ictimai nəqliyyata əlçatanlığın artmasına töhfə verir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Azərbaycan kinosunun ən parlaq simalarından biri, xalq artisti Rasim Balayevin doğum günüdür.

Ən son

GÜNDƏM

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 28 yeni domen verilib.

GÜNDƏM

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 28 yeni domen verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin