Yaz-yay aylarında küçə və yol kənarlarındakı ağaclarda böyük inkişaf vardır. Ağacların inkişaf dövründə ağacların budaqları yaxınlıqda quraşdırılan bəzi işiqfor və yol nişanlarının qarşısını örtür, bu da öz növbəsində sürücülər və piyadalar üçün müəyyən çətinliklər yaradır.
Baki-baku.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən şəhərdə mütəmadi olaraq monitorinqlər keçirilir, problemli ünvanlar müəyyənləşdirilir və Birliyin əməkdaşları tərəfindən həmin ünvanlardakı ağaclar budanaraq işıqfor və yol nişanlarının görünməsinə mane olan hallar aradan qaldırılır.
Nəzərə almaq lazımdır ki, bu daimi prossesdir və yaşıllıqlar il boyu inkişaf etdiyindən bu kimi hallar qaçılmazdır. Buna görə də Yaşıllaşdırma Təsərüffat Birliyi aidiyyəti qurum və ictimai nəqliyyatın balans daşıyıcılarına müraciət edərək paytaxtın müxtəlif ərazilərində bu kimi hallarla rastlaşdıqda birliyə müraciət etmələrini xahiş edir.