Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/04/2026

Paylaşın

GÜNDƏM

Bakıda bəzi yollar axşamdan bağlanacaq

Bakıda keçiriləcək beynəlxalqsəviyyəli “Alufar IRONMAN 70.3 Baku” yarışının təhlükəsiz və mütəşəkkil keçirilməsi məqsədilə, sentyabrın 4-də və 5-də şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Baki-baku.az xəbər verir ki, məhdudiyyətlər sentyabrın 4-də saat 21:00-dan etibarən mərhələli şəkildə tətbiq ediləcək və sentyabrın 5-də saat 16:00-dək davam edəcək.

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun (M2) Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu qovşağından, yolun 25-ci kilometrindən başlayaraq əks istiqamətdə hərəkətin təmin edilməsi məqsədilə qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün bir hərəkət zolağı nəzərdə tutulub.

Bununla yanaşı, Lökbatan dairəsi istiqamətində bir hərəkət zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılacaq.

Bakı-Ələt (M3) avtomobil yolunun Lökbatan dairəsi istiqamətində 14-cü kilometrindən şəhər mərkəzinə doğru, “Sheraton Baku Intourist” hotelinin qarşısındakı dairəyədək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Sürücülər alternativ olaraq Bakı-Ələt (M3) avtomobil yolunun Lökbatan-Bayıl istiqamətindən istifadə edə biləcəklər.

Məhdudiyyətlərin tətbiqi yarışdan əvvəlki hazırlıq mərhələsində sentyabrın 4-də saat 21:00-dan sentyabrın 5-də saat 04:59-dək, yarışın keçirildiyi əsas mərhələdə isə saat 05:00-dan 14:30-dək davam edəcək.

Yarış başa çatdıqdan sonra ərazidə təmizlik və bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlərin 5 sentyabr saat 14:30-dan 16:00-dək davam etdirilməsi nəzərdə tutulur.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, sentyabrın 5-də paytaxtımızda keçiriləcək “Alufar IRONMAN 70.3 Baku” yarışına 62 ölkədən 1500-dən çox iştirakçının qatılacağı gözlənilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq işləri çərçivəsində təhsil müəssisələrində

Ən son

HƏR ŞEYDƏN

Köhnə Bakının bazarları təkcə alver edilən yer deyildi. Ora şəhərin səsinin, qoxusunun, rənginin bir yerə

HƏR ŞEYDƏN

Köhnə Bakının bazarları təkcə alver edilən yer deyildi. Ora şəhərin səsinin, qoxusunun, rənginin bir yerə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin