Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/10/2026

Paylaşın

GÜNDƏM

Bakı metrosu: Vaqonda həşərat aşkarlanması ilə bağlı heç bir nöqsan və sanitar-epidemioloji problem aşkarlanmayıb

WhatsApp Image 2026-07-10 at 10.14.21

Bakı metrosunda vaqonda həşəratın aşkarlanması ilə bağlı qatarlarda təkrar müşahidə-nəzarət işləri aparılıb, heç bir nöqsan və sanitar-epidemioloji problem aşkarlanmayıb.
Bu barədə Baki-baku.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, qeyd olunan məsələ ilə bağlı sərnişinlərdən hər hansı şikayət, sorğu qeydə alınmayıb. Bununla belə hər dövrün xüsusiyyətləri nəzərə alınmaqla müvafiq plandankənar profilaktik nəzarət mexanizmləri də tətbiq olunur və zərurət yarandıqda əlavə tədbirlər görülür.
Qeyd olunub ki, Bakı Metropolitenində istismarda olan qatarlarda dezinseksiya, dezinfeksiya və deratizasiya tədbirləri planlı şəkildə ay ərzində 4-5 dəfə mütəmadi qaydada həyata keçirilir. Bu tədbirlərin icrası ilə bağlı davamlı monitorinqlər və müşahidələr aparılır. Epidemioloji vəziyyətdən asılı olaraq tədbirlərin sayını artırmaq da mümkündür. Eyni zamanda, əyləmə üçün elektrik depolarına daxil olan qatarlarda xəttə buraxılmadan öncə texniki baxış və prosedur qaydalarına uyğun sanitar təmizləmə işləri icra olunur. Qatarların  sanitar-epidemioloji və sanitar-gigiyenik tələblərə uyğun olaraq təmizlənməsi daim nəzarət altında saxlanılır, prosedur qaydalara  ciddi surətdə əməl olunur. 
Diqqətə çatdırılıb ki, qatarların çöl ərazidən keçməklə tunelə daxil olmasını, həşəratın sərnişinlərin üzərində olan əşyalar vasitəsilə metro vaqonuna daxil olması halları da nəzərə alınmalıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seyid Əzim Şirvani də məhz belə taleyi yaşayan böyük maarifçilərdən idi.

Ən son

GÜNDƏM

Bakının Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir.

GÜNDƏM

Bakının Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin