Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus Bakı Beynəlxalq Dəniz Limanında təxminən 100 000 TEU həcmində konteyner daşınması həyata keçirilib.
Baki-baku.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə (77 300 TEU) müqayisədə təxminən 30 % çoxdur və növbəti rekord göstəricidir.
Analoji dövrdə limanda aşırılmış ümumi yük həcmi 4 % artaraq 6,35 milyon tona, quru yük həcmi isə 71 % artaraq 1,75 milyon tona çatıb.