Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/06/2026

Paylaşın

GÜNDƏM

“Azərişıq” Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır

WhatsApp Image 2026-08-06 at 11.47.36

Abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC regionlarla yanaşı paytaxt və ətraf ərazilərində elektrik təsərrüfatını yeniləyir.
Baki-baku.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, yaşayış məntəqələrində 0.4, 6 və 10 kV-luq yeni dayaqlar əkilir, 0.4 kV-luq Özündaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin 6 və 10 kV-luq hava elektrik verilişi xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılır. Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük təlabatının qarşılanması məqsədilə müasir Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılır, sayğaclar yeniləri ilə əvəz olunur.
Yenidənqurma işləri çərçivəsində Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisində yerləşən Nardaran qəsəbəsi Ləhic bağları, Buzovnada isə Albalılıq yaşayış massivində 400 kVA gücündə yeni KTM-lər quraşdırılıb. Ümumilikdə Maştağa ETSİ ərazisində ilin sonunadək 30 ədəd yeni güc mərkəzi yaradılacaq.
Xəzər rayonunda da elektrik şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir. Binə Atçılıq və Binə Südçülük yaşayış massivlərində 6/0.4 və 10/0.4 kV-luq yeni güc mərkəzləri yaradılıb. Həmçinin köhnə sayğaclar yeniləri ilə əvəz olunub. Rayon ərazisində Binə Sovxoz, Buzovna Albalılıq, Şüvəlan, Mərdəkan, Şağan ərazilərində yeni güc mərkəzlərində işlər davam edir.
Bağlar ETSİ-nə daxil olan Məmmədli, Mehdiabad, Novxanı, Corat və Saray qəsəbələrində də elektrik təsərrüfatı yenidən qurulur. Adı çəkilən yaşayış məntəqələrində ilin sonunadək ümumilikdə 16 ədəd yeni KTM-in quraşdırılıb istismara verilməsi planlaşdırılır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tarixin məhz 5 avqustla əlaqələndirilməsinin səbəbi 1914-cü ilin bu günündə ABŞ-nin Klivlend şəhərində ilk elektrik svetoforlarından birinin quraşdırılmasıdır.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) küləkli hava şəraiti ilə əlaqədar

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) küləkli hava şəraiti ilə əlaqədar
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin