Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/28/2026

Paylaşın

İdman

Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub

Sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində Azərbaycan milli komandası uğurlu çıxış edib.

Baki-baku.az xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında mübarizə aparan Azərbaycan milli komandasının üç üzvü Dünya Seriyasının final mərhələsində qızıl medal qazanıb. Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Rübail İbrahimli (70 kq) və Sahib Dadaşov (80 kq) isə bürünc medala sahib çıxıblar. Komanda sıralamasında 90 xal toplayan Azərbaycan millisi Dünya Seriyasının final mərhələsini birinci pillədə başa vurub.

Dünya Seriyasının 5 mərhələsində toplanan xalların yekun nəticələrinə əsasən, dünya çempionları da müəyyənləşib. Beləliklə, Vüsal Əliyev (80 kq) karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb. Bu il çimərlik güləşində debüt edən Əşrəf Aşırov isə 90 kq-da eyni uğura imza atıb. Rübail İbrahimli 70, Sahib Dadaşov 80, Camal Feyziyev isə +90 kq-da dünya üçüncüsü ünvanını əldə ediblər. 2 qızıl və 3 bürünc medal qazanan millimiz komanda hesabında tarixində ilk dəfə dünya çempionu olub.

Dünya Güləş Birliyi (UWW) komandamızın mövsüm boyunca uğurlu çıxışına biganə qalmayıb. Belə ki, ali qurum Oyan Nəzərianini çimərlik güləşində ilin ən yaxşı məşqçisi seçib. Bununla bağlı UWW-nin Çimərlik Güləşi Komitəsinin prezidenti Pedro Silva xüsusi mükafatı mütəxəssisə təqdim edib.

Qeyd edək ki, yarışda I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyub.

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin