Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/05/2026

Paylaşın

GÜNDƏM

“Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası keçirilib

6-cı Korkut Ata Türk Dünyası Film Festivalının çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası keçirilib.
Baki-baku.az xəbər verir ki,Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin dəstəyi ilə istehsal edilmiş filmin çəkilişləri 5 ölkədə aparılıb. Film “Azərbaycan irsinə səyahət” silsiləsinə daxildir.
Qarabağın işğaldan azad edilməsindən sonra Azıx mağarasında yerli və xarici mütəxəssislərin iştirakı ilə arxeoloji araşdırmaların bərpa olunması filmin süjet xəttinin əsasını təşkil edir. Buradan yola çıxaraq, filmdə peşəkar arxeoloq və tarixçilərin gözü ilə Azıx mağarasına, onun təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın tarixindəki yerinə nəzər salınır. Britaniya, Almaniya, Kanada, Türkiyədən olan antropoloqlar yeni insan növünün formalaşmasında Azıx mağarasının xüsusi rolunun olması fikrini irəli sürürlər.
Sənədli filmdə 2D və 3D qrafik təsvirlərdən, animasiyalardan istifadə olunmaqla Azıx mağarasının quruluşu, zaman keçdikcə necə dəyişməsi, qədim insanın oradakı həyatı və məişəti izah edilir.
Rejissor Atakan Kərküklünün çəkdiyi film 6-cı Korkut Ata Türk Dünyası Film Festivalının sənədli film müsabiqəsində iştirak edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Eyfel qülləsinin sahibi olmadan onu satmaq mümkündürmü?

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki,Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin dəstəyi ilə istehsal edilmiş filmin

GÜNDƏM

Baki-baku.az xəbər verir ki,Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin dəstəyi ilə istehsal edilmiş filmin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin