Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/04/2026

Paylaşın

Mədəniyyət

Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur

“Korkut Ata” Türk Dünyası Film Festivalı

Türkiyənin İstanbul şəhərində 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalının açılış mərasimi keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, türk dövlətlərinin mədəniyyət nazirliklərinin rəsmiləri, film istehsalçıları, kino ictimaiyyəti və media mənsubları iştirak ediblər.

Açılışda türk dövlətlərinin ortaq tarixi və mənəvi bağlarının kino sahəsində də özünü göstərdiyi qeyd olunub. Festivalın əsas proqramı açıqlanıb və münsiflər heyətinin üzvləri təqdim olunub.

Tədbirin sonunda qırğız rejissor Kanıbek Kalmatovun “Aytmatov” filmi nümayiş olunub.

Noyabrın 7-dək davam edəcək festivalın müsabiqə proqramında Azərbaycandan tammetrajlı bədii film kateqoriyasında “Tağıyev: Məktəb”, sənədli film kateqoriyasında “Azıx mağarası”, qısametrajlı bədii film kateqoriyasında isə “Torpağı sanı yaşayasan” filmləri iştirak edir.

Bundan əlavə, festival çərçivəsində “Bir cənub şəhərində” tammetrajlı bədii və “Bakı Türkoloji Qurultayı 100” sənədli filmləri müsabiqədənkənar proqramda nümayiş olunacaq.

Qeyd edək ki, festival çərçivəsində 10 ölkə və 10 muxtar respublikadan 56 film tamaşaçıların ixtiyarına veriləcək. Festivalda qonaq qismində 150 xarici, 300 yerli kino xadimi iştirak edir. Azərbaycan festivalda kino xadimlərindən və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nümayəndələrindən ibarət 20 nəfərlik heyətlə təmsil olunur.

2021-ci ildə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunan festivalın məqsədi türkdillu ölkə və xalqlarının ortaq mədəni irsini kino vasitəsilə dünyaya nümayiş etdirməkdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün saat 12:00-dan etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Bilgəh avtomobil yolunun Buzovna dairəsinin altında yerləşən yol

Ən son

GÜNDƏM

Yalçın Adıgözəlov sənətinə, köklərinə və doğma torpağına sədaqəti ilə seçilən sənətkarlardandır.

GÜNDƏM

Yalçın Adıgözəlov sənətinə, köklərinə və doğma torpağına sədaqəti ilə seçilən sənətkarlardandır.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin