Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/02/2026

Paylaşın

TARİX

Azərbaycanlıların ilk əlifbası hansı olub? – Yazımızın qədim izləri

Əlifba sözü ərəb dilindən gəlir və ilk iki hərfin — “əlif” və “bə”nin (a, b) — birləşməsindən yaranıb. Başqa dillərdə də bu belədir, məsələn, yunan dilindən gələn “alfabet” sözünün mənşəyində alfa və beta hərfləri dayanır. Yəni dilin yaranması üçün söz, sözün yaranması üçün isə hərflər lazımdır. Digər xalqlar kimi Qafqaz xalqları da fikirlərini aydın ötürmək, özündən sonra iz qoymaq və tarixi yaşatmaq üçün əlifba yaradıblar. Gürcülərin öz əlifbası var, ermənilərin öz. Bəs azərbaycanlıların əlifbası necə olub?

Əlifba dəyişimlərinin tarixi

Qədim yazılara baxanda görürük ki, ərəb və fars dilində ədəbiyyatımızın gözəl inciləri yazılıb, lakin bu, İslam qəbul edildikdən sonra ərəb əlifbasına keçid dövründə yaranıb. Daha sonra latın əlifbası, sovet dövründə kiril, müstəqillik qazandıqdan sonra bu günə kimi isə yenidən latın qrafikalı Azərbaycan əlifbasından istifadə olunub. Tarixən isə VIII–X əsrlərdə Orta Asiyada Qədim Türk Əlifbasından istifadə olunurdu. İndiki Azərbaycan ərazisində də run adlanan, düz və uzun hərflərdən ibarət əlifba mövcud idi.

Run yazısının xüsusiyyətləri

Hərflərin düz, üfüqi olmasına səbəb kimi onların daş sütunlar üzərində həkk olunmağa uyğun olması ehtimal edilir. Dairəvi və oval şəkilli elementlər bu yazılarda məhdud miqdardadır. Qədim run yazılı abidələri bizim eranın III əsrinə aid edilir. Daşın üzərində Türk run yazıları həkk olunan Orxon-Yenisey abidələrindən ən qədimi Ongin abidəsi sayılır. Tədqiqatçılar bu abidənin ya 692-ci, ya da 689-cu ildə qoyulması fikrinə üstünlük verirlər.

Araşdırmalar göstərir ki, 38 hərfdən ibarət Orxon-Yenisey əlifbası heç bir dildən alınmamış, məhz türk dilinin spesifik səslərini əks etdirmək üçün xüsusi yaradılıb. Yazıda sözlər bir-birindən iki nöqtə ilə ayrılır, cümlələr isə əsasən sağdan sola, bəzən də yuxarıdan aşağıya yazılırdı. Qədim Göytürk dövləti, türk tayfaları, dil və adət-ənənələr haqqında ən geniş məlumatı Kültigin, Bilgə xaqan və Tonyukuk şərəfinə qoyulmuş abidələr verir. Yenisey çayı hövzəsində tapılan bu tip abidələrin sayı 150-yə yaxındır.

Kəşf tarixi və bu gün

Uzun müddət elm aləmində belə bir fikir hökm sürürdü ki, köçəri həyat sürən türklərin öz yazısı olmayıb. Bu təsəvvürü dəyişən ilk məlumatlar İsveç zabiti Filip Stralenberqdən gəlib. Rusiya ilə müharibədə əsir düşərək 13 il Sibirdə sürgündə qalan Stralenberq 1730-cu ildə vətəninə qayıtdıqdan sonra Orxon və Yenisey çayları ətrafında gördüyü daş kitabələr haqqında kitab nəşr etdirib. Əlifbanın özü isə adını 1889-cu ildə Nikolay Yadrintsevin rəhbərliyi ilə Orxon vadisinə keçirilmiş ekspedisiyadan alıb; yazıların mətnini ilk dəfə Vasili Radlov oxumağa müvəffəq olub. Zamanla qədim run türk əlifbasını latın, Azərbaycan ərazisindəki alban əlifbasını isə ərəb əlifbası sıxışdırıb istifadədən çıxarıb. Lakin bu faktlar xalqımızın öz əlifbası olduğunu aydın şəkildə bizə göstərir.

Deniz Məmmədli

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, əsas məqsəd uzun illər avtomobil hərəkətinin üstünlük təşkil etdiyi ərazini daha rahat, təhlükəsiz və

Ən son

TARİX

Əlifba sözü ərəb dilindən gəlir və ilk iki hərfin — “əlif” və “bə”nin (a, b)

TARİX

Əlifba sözü ərəb dilindən gəlir və ilk iki hərfin — “əlif” və “bə”nin (a, b)
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin