Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/13/2025

Paylaşın

GÜNDƏM

“Azərbaycan Dəmir Yolları”nın xəstəxanalarının ləğv edilməsinə başlanılıb

"Azərbaycan Dəmir Yolları", Azərbaycan Dəmir Yolları, ADY, Xəstəxana,

Nazirlər Kabinetinin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında 21 avqust 2024-cü il tarixli qərarına uyğun olaraq dəmir yolu xəstəxanalarının ləğv edilməsinə başlanılıb.
Baki-baku.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Söhbət ADY-nin Həkim Sanitar Xidmətinin tabeliyində olan tibb müəssisələrindən gedir.
Beləliklə, “Bakı Dəmir Yolu Xəstəxanası” MMC Respublika Pediatriya Mərkəzinə (1), “1 saylı Bakı Dəmir Yolu Poliklinikası” və “2 saylı Bakı Dəmir Yolu Poliklinikası” MMC-lər Bakı Baş Səhiyyə Mərkəzinə (2), “Ələt Dəmir Yolu Xəstəxanası” MMC Qaradağ Tibb Mərkəzinə (3), “Gəncə Dəmir Yolu Xəstəxanası” MMC Gəncə Şəhər Birləşmiş Xəstəxanasına (4), “Xaçmaz Dəmir Yolu Ambulatoriyası” MMC Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (5), “Hacıqabul Dəmir Yolu Ambulatoriyası” MMC Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına (6), “İmişli Dəmir Yolu Xəstəxanası” MMC isə İmişli Rayon Mərkəzi Xəstəxanasına (7) qoşulur.
Krediorlar tələblərini 2 ay ərzində müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206A (1), Yasamal Rayonu, Mikayıl Müşfiq küçəsi, ev 1M (2), Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 4, Namiq Niftəliyev küçəsi (3), Gəncə şəhəri, Nizami prospekti, 412 (4), Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 303 (5), Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, 15 (6) və İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi, 92 (7) ünvanına bildirə bilərlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ən son

SİYASƏT

Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun sosial media hesabında Azərbaycan haqqında dediyi xoş

SİYASƏT

Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun sosial media hesabında Azərbaycan haqqında dediyi xoş
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin