Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/30/2025

Paylaşın

GÜNDƏM

Avqustun 30-u – Beynəlxalq İtkinlər Günü

Beynəlxalq İtkinlər Günü

Avqustun 30-u bütün dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd olunur.

Bu günün təsis olunması ideyası ilk dəfə 2007-ci ildə Filippində itkin düşmüş şəxslərin ailə üzvləri tərəfindən irəli sürülüb. Artıq 2008-ci ildən etibarən təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstək qazanıb və səbəbindən asılı olmayaraq, itkin düşmüş bütün insanların anılmasının vacibliyi qəbul edilib.

Məsələnin humanitar xarakteri nəzərə alınaraq, Birləşmiş Millətlər Təşkilatında uzun müzakirələr aparılıb. Nəticədə, BMT Baş Assambleyası 2010-cu il dekabrın 21-də qəbul etdiyi qətnamə ilə hər ilin 30 avqust tarixinin Beynəlxalq İtkinlər Günü kimi qeyd olunmasını rəsmiləşdirib.

Azərbaycan da bu acı problemdən kənarda qalmayıb. Ermənistanın otuz ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində minlərlə soydaşımız itkin düşüb, onların taleyi haqqında bu günədək dəqiq məlumat yoxdur. Hazırda ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girovların qaytarılması, itkinlərin axtarışı və ailələrin məlumatlandırılması istiqamətində mühüm işlər görür.

Rəsmi məlumata görə, 2024-cü il avqustun 1-nə olan vəziyyətə əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 968 nəfər vətəndaşımız itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan:

3 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb;

3 202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxsdir;

Mülki şəxslərin arasında 69 uşaq, 283 qadın, 334 ahıl var.

Birinci Qarabağ müharibəsində itkin düşənlərdən 872 nəfərin əsir-girov götürüldüyü təsdiqlənib. Onların arasında uşaqlar, qadınlar və yaşlı şəxslər də olub. Ermənistan həmin insanların saxlanılması faktını gizlədib, taleləri barədə məlumat verməkdən müxtəlif bəhanələrlə yayınır.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) 1998 və 2001-ci illərdə təqdim etdiyi rəsmi sənədlər isə bu məsələdə ən ciddi sübutlardan biridir. Həmin sənədlərdə 54 azərbaycanlının Ermənistan hərbçiləri tərəfindən əsir götürüldüyü və saxlanma yerlərində BQXK nümayəndələri tərəfindən rəsmi qeydiyyata alındığı göstərilir. Təəssüf ki, sonradan onlardan yalnız 17 nəfərin meyiti Azərbaycana qaytarılıb, bir neçəsinin taleyi barədə məlumat verilməyib, qalanlarının isə saxlanma yerlərində öldüyü bildirilsə də, meyitləri hələ də təhvil verilməyib.

Beynəlxalq İtkinlər Günü bir daha xatırladır ki, itkin düşən insanların taleyi ilə bağlı həqiqətlərin üzə çıxarılması həm humanitar borc, həm də beynəlxalq hüququn tələbi olaraq qalır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, yenidən proqramlaşdırma nəticəsində hüceyrələr 20 yaşdan aşağı yaş

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, yenidən proqramlaşdırma nəticəsində hüceyrələr 20 yaşdan aşağı yaş
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin