Milli-mənəvi dəyərlər tariximizdə Məscidi-Aqsanın, Kəbənin, Hirayi-Nurun, Məscidi-Nəbəvinin, Həcərül-Əsvətin, Kərbalanın ayrıca yeri, məqamı olduğu kimi, mühüm məqamı var. Kəbəyə varmaq, onu təvaf etmək, Həcərül-Əsvətə, İbrahim Peyğəmbərin məqamına əl sürmək, Səfa ilə Mərvanın nuruna bürünmək, Zəmzəm suyunun sərinliyini ruhunda hiss etmək hər bir müsəlmanın ən böyük arzularındandır.

Ümrə və Həcc ziyarətində olanlar Sevr dağından, Hirayi-Nurdan, Hira mağarasından, Qibləteyl məscidindən, Uhud və Bədr şəhidlərinin uyuduğu müqəddəsliklərdən keçdikdən sonra, Ərafat dağının, Kəbənin, İbrahim Peyğəmbərin uca məqamını Həcərül-Əsvətin, Səfa ilə Mərvənin gözəlliyi ilə baş-başa qalsa da, yeddi dönüm şamına pərvanə olduğu Kəbənin içərisindən xəbərdar olmaz. Əldə olunan məlumatlardan bəlli olur ki, Kəbənin içərisi ancaq Səudiyyə Kralının göstərişi və icazəsi ilə ancaq məşhur simaların, dövlət xadimlərinin üzünə açılır.

İnsanların çoxu Kəbənin içərisində daha çox “Kutsal əmanətlər”in olduğunu düşünsə də, bəlli olur ki, milyonlarla insanın ziyarət etdiyi bu müqəddəs tikilinin, qızılı işləməli örtüyü ilə 13 metr yüksəklikdən boy verən Kəbənin içərisinə indiyədək sadəcə Kəbənin açarlarını gəzdirən mühafizəçilər, nüfuzlu alimlər və dövlət başçıları keçə bilib. Hər bir dünyaşöhrətli insan isə Kəbənin daxilinə varanda onun içərisindəki dərin sükutun, tavanı ayaqda saxlayan üç ağac sütunun, ortadakı mərmər daşdan yonulan sandığın, müşk ətri saçan şüşə qabın, hüzur dolu sadə bir dünyanın əzəməti önündə səcdəyə gəlib, heyrətindən donub qalıb.
Şərəf Cəlilli