Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/12/2026

Paylaşın

İQTİSADİYYAT

ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb

ASCO

“Azərbaycan Xəzər Dəniz Gəmişiliyi” QSC-nin (ASCO) quru yük gəmiləri ilə daşımaların həcmində bu ilin yanvar–sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli müsbət dinamika qeydə alınıb.

Baki-baku.az ASCO-ya istinadən xəbər verir ki, 2025-ci ilin 9 ayında quru yük gəmiləri ilə 1 milyon 19 min 65 ton yük daşındığı halda, 2026-cı ilin analoji dövründə bu göstərici 39 % artaraq 1 milyon 415 min 187 tona çatıb.

Ümumi göstəricilərdəki bu yüksəliş dinamikası ötən ayda da özünü göstərib. Belə ki, bu ilin sentyabrında 163 min 90 ton yük daşınıb ki, bu da keçən ilin müvafiq ayındakı 143 min 115 tonla müqayisədə 19 min 975 ton və ya 14 % çoxdur.

Quru yük gəmiləri ilə tranzit daşımalarında da nəzərə çarpan artım baş verib. Yanvar–sentyabr aylarında tranzit yükün həcmi 1 milyon 14 min 615 ton təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 476 min 192 ton olub. Beləliklə, tranzit daşımalarının həcmi 538 min 423 ton və ya 113 % artıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2020-ci il oktyabrın 11-də gecə saatlarında Gəncənin yaşayış məhəllələrinə endirilən raket zərbələri dinc sakinlərin həyatına son qoydu, şəhərin

Ən son

GÜNDƏM

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş

GÜNDƏM

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin