Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmi-bərələri ilə 28 178 ədəd avtotexnika daşıyıb.
Baki-baku.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.
Avtotexnika daşımaları tonla ifadədə də artım göstərib. 8 ayda bərələrlə 728 536 ton avtotexnika daşınıb. Bu isə 1 il əvvələ nisbətən 13 % çoxdur.
Hesabat dövründə bərə gəmiləri ilə tranzit avtotexnika daşımaları 678 760 tona çataraq keçən ilin göstəricisini 9 % üstələyib.