2026-cı ilin yanvar-iyun ayları ərzində 2 085 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib.
Bu barədə Baki-baku.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2 085 nəfər gələn, Azərbaycandan isə 1 159 nəfər gedən qeydə alınıb.
Ölkə üzrə miqrasiya saldosu müsbət 926 nəfər təşkil edib.