Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/20/2026

Paylaşın

GÜNDƏM

Akademik Musiqili Teatrda “Ər və arvad” tamaşası alqışlarla qarşılanıb

“Ər və arvad" tamaşası, «Муж и жена»

Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar, peşəkar musiqimizin banisi Üzeyir Hacıbəylinin ölməz əsəri – “Ər və arvad” iki hissəli musiqili komediyası nümayiş etdirilib.

Baki-baku.az xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan səhnə əsəri tamaşaçılar tərəfindən böyük coşqu və gurultulu alqışlarla qarşılanıb.

Şərqin ilk operettası, Azərbaycanda musiqili teatrın təşəkkül tarixinin təməl daşı olan bu tamaşa 24 may 1910-cu ildə səhnəyə qoyulub və müxtəlif dövrlərdə fərqli quruluşlarda təqim edilib, sonuncu quruluşu isə 16 oktyabr 2010-cu ildə, tanınmış rejissor Yusif Əkbərov tərəfindən hazırlanıb.

Üzeyir bəy bu əsərində cəmiyyətin problemlərini, qadın-kişi münasibətlərindəki qeyri-bərabərliyi bədii ifadə vasitələri ilə və özünəməxsus formada tənqid hədəfinə çevirib.

Səhnə əsərinin quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur.

Tamaşada Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Rəsmiyyə Nurməmmədova, Əliməməd Novruzov, Hüseyn Əlili, Ruslan Mürsəlov, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov, Nigar Qarayeva, Roman Krasnov, eləcə də Vüsal İsrafilov (xanəndə), Niyamədin Allahverdiyev (kaman ifaçısı), Bəbir Mahmudov (tarzən), xor və balet truppası iştirak ediblər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində

Ən son

GÜNDƏM

Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar, peşəkar musiqimizin banisi Üzeyir Hacıbəylinin ölməz

GÜNDƏM

Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar, peşəkar musiqimizin banisi Üzeyir Hacıbəylinin ölməz
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin