Daşa, yaddaşa dönmək, abidəyə çevrilmək hər kəsə nəsib olmur. Bu da alın yazısı,Tanrıdan tale payıdır. Peyğəmbərlərə, düşüncə sahiblərinə, şair və yazıçılara, incəsənət xadimlərinə ucaldılan abidələr sırasında şair kimi daha çox üstünlük Ukrayna şairi Taras Şevçenkoya məxsusdur. Məsihin adına ölkəsində mindən çox abidə ucaldılıb.

Tarix peyğəmbərlərin adına ucaldılan abidələrə alışmasa da, İsa Məsih bu məsələdə öncüllük edir. Şərəfinə üç mindən çox abidə ucaldılan İsa peyğəmbər Çarmıxa çəkilən abidəsi ilə kilsələrin zinətinə çevrilib. Onun adına ucaldılan ən böyük heykəl Polşanın Svabodzen şəhərindədir. Onun hündürlüyü 52 metrdir.

Dünyada ən çox heykəli qoyulan tarixi şəxsiyyətlərdən biri də Şura hökumətinin qurucusu, “Bütün ölkələrin proletarları birləşin!” nidası ilə kapitalizmin üzərinə yeriyən, cəsədi hələ də Moskvadakı mavzoleydə qorunan, torpağa gömülməyən Vladimir İliç Lenindir ki, onun adına 6000-dən çox heykəl qoyulub.

Adına ən çox abidələr ucaldılan digər bir sima isə buddizmin banisi Buddadır. Çində onun şərəfinə 7000 heykəl ucaldılıb. Əldə olunan məlumatlardan bəlli olur ki, Buddaya qoyulan ən hündür heykəl Çinin Usi şəhərindədir. Hündürlüyü 88 metr olan abidə İsa peyğəmbərin heykəlindən 6 metr hündürdür. Şəhərin rəmzinə çevrilən bu abidə dünya buddistlərinin ən çox ziyarət etdiyi ünvandır.
Şərəf Cəlilli