Nəşr edilmişdir 12/13/2024

Paylaşın

İQTİSADİYYAT

Bakıda ticarət dövriyyəsinin həcmi artıb

Ticarət dövriyyəsi

Bu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 28 milyard 242,5 milyon manat olub.
Baki-baku.az Bakı şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 % çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 % artaraq 16 milyard 8,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 % artaraq 12 milyard 233,7 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,4 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 49,8 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,8 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 48 milyard 343 milyon manatlıq, o cümlədən 26 milyard 472,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 870,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,9 % artıb.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır.Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində dekabrın 22-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-Baku.az xəbər verir ki, bu barədə

GÜNDƏM

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Füzuli küçəsində avtobus

GÜNDƏM

Günəşdə iki güclü partlayış baş verib.Baki-Baku.az bu barədə TASS-a istinadən xəbər verir.Rusiya Tətbiqi Geofizika İnstitutundan